Icma.az
close
up
RU
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış HƏBSDƏKİ DİPLOMATIN MƏHKƏMƏSİ BAŞLADI

Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış HƏBSDƏKİ DİPLOMATIN MƏHKƏMƏSİ BAŞLADI

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Ramiz Vəliyev hakim qarşısına çıxarılıb.

Gununsesi.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyilə sabiq diplomatın işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrlə) maddəsilə ittiham olunan Ramiz Vəliyevin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib. Xidməti vəzifəsinə görə informasiya və əlaqələrə malik olmuş Ramiz Vəliyev  diplomatik fəaliyyətdən kənar gizli əməllərlə məşğul olmaqda şübhəli bilinir.

Məhkəmədə onun hüquqlarını vəkil Eynulla Vəliyev müdafiə edir.

Vəkil bu işə məhkəmədə baxılmasına etiraz edərək, istintaqa qaytarılması barədə vəsatətlə çıxış edib. Müdafiəçi bildirib ki, iş istintaqa qaytarılmalı, yol verilmiş pozuntular aradan qaldırılmalı, sonra məhkəmədə baxılmalıdır. Onun sözlərinə görə, diplomatın həbsi üçün tələblərə əməl edilməyib, Ramiz Vəliyevlə bağlı Xarici İşlər Nazirliyinin məktubu və s. sənədlər olmalı idi, lakin yoxdur”.

Prokuror isə bildirib ki, işin istintaqa qaytarılmasına ehtiyac yoxdur, pozuntuya yol verilməyib. Dövlət ittihamçısının sözlərinə görə, vəkilin sadaladığı sənədlər, o cümlədən XİN-in məktubu cinayət işində var.

Vəkil Eynulla Vəliyev müvəkkilinin ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb.

Hakim Gültəkin Əsədova vəsatətlərin heç birini təmin etməyib.

Ramiz Vəliyevin işi üzrə məhkəmə prosesi iyulun 17-nə təyin olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri