Icma.az
close
up
RU
Diplomatik manevr: ABŞ İran təmasları daxili böhranı həll edəcək?

Diplomatik manevr: ABŞ İran təmasları daxili böhranı həll edəcək?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İranda baş verən aksiyalar artıq sosial-iqtisadi narazılıq çərçivəsini çoxdan aşaraq siyasi və sistem əleyhinə xarakter alıb. İllərlə davam edən sanksiyalar, iqtisadi tənəzzül, sosial ədalətsizlik və idarəetmədə korrupsiya cəmiyyətdə dərin narazılıq yaradıb".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli İranda baş verən aksiyaları şərh edərkən deyib.

O bildirib ki, rejimin əsas problemi iqtisadi deyil, siyasi mahiyyət daşıyır:

"Teokratik sistem cəmiyyətin dəyişən tələblərinə cavab verə bilmir və bu uyğunsuzluq zorakılıq yolu ilə kompensasiya olunur. Etirazlara cavab olaraq təhlükəsizlik qüvvələrinin, xüsusilə SEPAH və Bəsic strukturunun tətbiq etdiyi amansız, qəddar repressiya göstərir ki, rejim dialoq deyil, nəzarət və qorxu üzərindən mövcudluğunu qorumağa çalışır. Bu kontekstdə ABŞ ilə təmaslar Tehran üçün daxili böhranı yumşaltmaq yox, onu idarə etmək məqsədi daşıyır.

İran hakimiyyəti xarici danışıqlardan, bir qayda olaraq, iki əsas məqsəd üçün istifadə edir. Bunlardan birincisi beynəlxalq təzyiqləri azaltmaq, digəri isə legitimlik itkisini mümkün qədər kompensasiya etməkdən ibarətdir. Rejim xarici təhlükə və beynəlxalq qarşıdurma ritorikasını gücləndirməklə cəmiyyətə "başqa alternativ yoxdur" mesajını verməyə çalışır. ABŞ-nin isə İranla dialoqa girərkən nə rejimin mahiyyətini dəyişmək, nə də birbaşa daxili proseslərə müdaxilə etmək niyyəti var. Rəsmi Vaşinqtonun əsas məqsədi İranın nüvə proqramına və enerji resurslarının icrasına nəzarət, regionda hərbi eskalasiyanın qarşısının alınması və proseslərin idarəolunan çərçivədə saxlanılmasıdır".

Deputat vurğulayıb ki, ABŞ-nin zərbə ehtimalı ilə bağlı açıqlamaları da bu strategiyanın tərkib hissəsidir:

"Bu bəyanatlar real hərbi müdaxilədən daha çox, siyasi təzyiq vasitəsi təsiri bağışlayır. Çünki İran siyasi sistemində fundamental qərarların verilməsi seçkili şəxslərin deyil, ali dini-siyasi mərkəzlərin səlahiyyətindədir.

İran rejiminin repressiya siyasəti yalnız aksiyaların dağıdılması ilə məhdudlaşmır. Bu siyasət uzun illərdir institusional xarakter alıb və cəmiyyətin bütün sahələrini əhatə edir. Milli, mədəni və dil hüquqlarının məhdudlaşdırılması, siyasi təmsilçiliyin formal səviyyədə saxlanılması, regionların sosial-iqtisadi baxımdan məqsədli şəkildə geridə qoyulması bu sistemin ayrılmaz hissəsidir".

Parlamentari İran və ABŞ arasında mümkün razılaşmalara münasibət bildirərkən isə deyib ki, bu, etirazların mahiyyətini dəyişməyəcək:

"Tərəflər müəyyən taktiki razılaşmalarla gərginliyi müvəqqəti azalda bilərlər, lakin bu, İran cəmiyyətində yığılan narazılığı aradan qaldırmaq üçün yetərli deyil. Problemin kökü idarəetmənin avtoritar, repressiv mahiyyətində, ideoloji baxımdan tamamilə tükənməsindədir. Bu mahiyyət dəyişmədikcə istənilən diplomatik dialoq yalnız zaman qazandıran vasitə olaraq qalacaq. Beləliklə, hazırkı mərhələdə İran-ABŞ təmasları nə barışıq, nə də qarşıdurma xəttinin son nöqtəsidir. Bu, daha çox, rejimin daxildə zorakılıqla, xaricdə isə diplomatik manevrlərlə mövcudluğunu qorumağa çalışdığını düşünməyə əsas verir. Lakin reallıqlar göstərir ki, ənənəvi manevr "modeli" də uzunmüddətli sabitlik təmin etmək gücündə deyil".

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri