Icma.az
close
up
RU
Diplomlu İŞSİZLƏR Universitetlər məzunlarının işlə təminatına niyə DƏSTƏK olmur?

Diplomlu İŞSİZLƏR Universitetlər məzunlarının işlə təminatına niyə DƏSTƏK olmur?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ali təhsili olduğu halda işsiz olan çox insan var. 2023-cü ilin statistikasına əsasən deyə bilərik ki, təhsil səviyyəsinə görə işsiz olan 286.400 insanın 34.800-ü ali təhsillidir. Hamıya məlumdur ki, ali təhsil müəssisələrini bitirən məzunlara işləmək üçün təhsil aldıqları istiqamət üzrə təyinat yoxdur. Digər tərəfdən nə universitetlər, nə də müvafiq dövlət qurumları məzunların işlə təmin olunmasında hər hansı addım atmır. Hətta tələbələrə dəstək olmaq üçün belə tədbirlər görməyə maraqlı deyillər.
Beynəlxalq təcrübədə necədir?
Bir çox ölkələrdə universitetlər məzunların iş bazarına inteqrasiyasını asanlaşdırmaq üçün müxtəlif dəstək xidmətləri təqdim edir. Uzağa getməyib Türkiyənin bu sahədəki təcrübəsinə nəzər salaraq bildirmək olar ki, oradakı çoxsaylı universitetlərdə karyera mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər, məzunlara iş tapmaqda kömək etmək üçün müxtəlif seminarlar, CV yazımı, müsahibə hazırlığı, iş dünyasına dair təlimlər və əlaqələr qurmaq üçün şərait təqdim edir. Bundan başqa, hər il bir çox universitetlərdə iş yarmarkaları keçirilir. Bu tədbirlər, tələbələrə və məzunlara işəgötürənlərlə birbaşa əlaqə qurma və iş imkanlarını araşdırmağa imkan yaradır.
Azərbaycanda isə nəinki universiteti bitirdikdən sonra iş tapmaq problemi, hələ də təhsilin zəifliyi və praktik olaraq tələbələrin iş həyatına hazırlanmamaları, ixtisaslaşmamaları müzakirə edilir.
“Hazır kadr yetişdirə bilmirlər”
Təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya bu mövzu barədə öz fikirlərini bildirib.
“Universitetlər elə kadrlar yetişdirməlidir ki, müəssisələr, təşkilatlar məzunları özlərinə hazırlıqlı kadr kimi görsünlər. Təəssüflər olsun ki, bizim universitetlərimiz bu gün belə kadrlar hazırlamır. Amma yaxşı olar ki, universitetlər heç olmasa öz məzunlarını izləsinlər ki, onların əmək bazarında özlərini necə göstərə bildiklərini müşahidə edə bilsinlər.
Bu məsələdə iş adamlarının da məsuliyyəti var. Yaxşı olar ki, onlar universitetlərə özlərinin iş metodları ilə bağlı, prinsipləri ilə bağlı təkliflərini versin və desin ki, bizə bu kateqoriyadan olan işçilər lazımdır. Universitetlər də bu nəticələrin hesabatını aparıb, vaxtaşırı elan etsinlər ki, özlərinin əmək bazarına uyğun olmayan proqramlarını yeniləsinlər”.
Azərbaycanda işsizlərin sayı
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il may ayının 1-nə olan göstəricilərə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,1 min nəfərdir. Onların 43,0 faizini qadınlar təşkil edir.
Nuray, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see170

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İsrail bununla islam dünyasına müharibə elan etdi HƏMAS

11 Sentyabr 2025 19:27see142

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see141

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see139

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see135

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see135

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see132

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see130

Bir sıra QHT lər qanunla qadağan olunan fəaliyyətə yol verir BƏYANAT

11 Sentyabr 2025 19:02see127

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see125

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see124

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see122

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see121

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see120

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see120

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see118

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see116

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri