Icma.az
close
up
RU
DİQQƏT! “Öldürür” “İnsan sağlamlığı arxa, pul qazanmaq istəyi ön plandadır” XƏBƏRDARLIQ KONKRET

DİQQƏT! “Öldürür” “İnsan sağlamlığı arxa, pul qazanmaq istəyi ön plandadır” XƏBƏRDARLIQ KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Zaman-zaman cipsilərin və buna bənzər məhsulların insan sağlamlığına zərərli olması haqda fikirlər səsləndirilir. Lakin insanlar bu fikirlərə məhəl qoymayaraq belə zərərli məhsulların istehlakını artırırlar. Ancaq mütəxəssislər “həyəcan təbili çalırlar” və insanları bu cür məhsullardan uzaq durmağa çağırırlar.

Cipsilərin insan sağlamlığına ziyanı ilə bağlı KONKRET.az-a danışan qida üzrə mütəxəssis İlkin Şirinov bildirib ki, orqanizmə ziyan vuran bu cür məhsulların satışı azalmaq əvəzinə, əksinə çoxalır:

“Cipsilərin və bu kimi məhsulların həddən artıq istehlakı xərçəngə, şəkərli diabetə, ürək-damar xəstəliklərinə, mədəbağırsaq pozğunluğuna yol açır. Buna baxmayaraq valideynlərinin yanında körpə uşaqların əlində bu cür qidalar gördükdə təəccüblənməmək olmur. Cipsinin kalorili olması onu hazırlayarkən çoxlu miqdarda yağdan istifadə edilməsindən irəli gəlir. Həddindən artıq yağ kütləsini özündə birləşdirən bu məhsul mütəmadi istifadə edilən insanlarda piylənməyə gətirib çıxarır. Düynanın müxtəlif ölkələrində sağlamlıq sahəsində çalışan alimlər cipsi paketlərinin üzərinə “öldürür” sözünü yazmağı təklif ediblər. Həmçinin bu məhsulların istehsalında istifadə olunan kimyəvi qatqılar, rəngləndirici və dadlandırıcılar birbaşa organizmdə xərçəngin yaranmasına şərait yaradır. Müxtəlif cipsi növlərinin üzərində bəzən “kabab dadlı”, “pendir ətirli” yazılar olur. Bu, müştərilən aldığı məhsuldan şikayət etməsinə yol açan əsas faktordur. Çünki aldığı məhsulun kabab dadı vermədiyini görən müştəri istər-istəməz narazı qalır. Burada isə səbəb çox sadədir. Məhsulun maya dəyəri aşağı düşsün deyə istifadə olunan ucuz qatqılar, rəngləndirici və dadlandırıcılar yanlış təəssüratın yaranmasına səbəb olur. Məqsəd isə ortadadır: İnsan sağlamlığı arxa, pul qazanmaq istəyi isə ön plandadır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri