Icma.az
close
up
RU
Dırnaq çeynəmək bir deviant davranışdır

Dırnaq çeynəmək bir deviant davranışdır

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

"Bir imtahan öncəsi, vacib bir görüş öncəsi və ya tıxacda bir anda özünüzü dırnaqlarınızı incidərkən tapdınızmı? Bəlkə də fərqində olmadan dırnaqlarınızı yeməyə başladınız. Bəs bu davranışın arxasındakı səbəb nə ola bilər? Stresin bizi bu cür vərdişlərə yönəltməsinin səbəbini heç düşündünüzmü? Vəziyyəti dərk etdikdən sonra bu vərdişdən qurtulmaq üçün də həll yollarımız var. Stresli anlarda dırnaq yemək davranışının kökləri adətən psixoloji səbəblərə dayanır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirib.
Psixoloq bildirib ki, dırnaq yemək vərdişi uşaqlıqdan inkişaf edə bilər və zamanla bir streslə başa çıxma mexanizmasına çevrilə bilər. Psixoloqlar dırnaq yeməyin insanın idarə edə bilmədiyi xarici faktorlara qarşı bir idarəetmə hissi qazanmaq cəhdi olduğunu qeyd edirlər. Dırnaq yeyənlər anlıq olaraq streslərini azaltmaq üçün bu üsula müraciət edirlər. Bu vərdiş adətən narahatlıq pozuntuları, obsessiv kompulsiv pozuntu və ya diqqət əskikliyi hiperaktivlik pozuntusu kimi psixoloji vəziyyətlərlə əlaqəlidir. Dırnaq yemək davranışı beyində mükafat və ləzzət hissi yaradan dopamin səviyyəsinə də təsir edir və bu sayədə qısamüddətli bir rahatlama yaşanır.
"Dırnaq yemək vərdişindən qurtulmaq istəyənlər üçün bir neçə təklif təqdim edə bilərik. İlk növbədə, bu vərdişin altında yatan stres və narahatlıq səbəblərini müəyyənləşdirmək lazımdır. Bu prosesdə bir terapevt və ya psixoloqdan dəstək alaraq stresi idarə etmə mövzusunda təsirli strategiyalar inkişaf etdirə bilərsiniz. Bununla yanaşı, dırnaq yemək davranışını azaltmaq üçün dırnaqları müntəzəm olaraq kəsmək və qayğı göstərmək də təsirli bir üsul ola bilər. Əlləri məşğul tutmaq üçün stres topu və ya başqa bir obyekt istifadə etmək bu vərdişdən qurtarmağa köməkçi olacaq digər təkliflərdən biridir. Fərqindəlik və səbir ilə bu vərdişdən qurtulmaq olduqca mümkündür. Stresin sizi yönəltdiyi vərdişlərin fərqində olun və özünüzə qarşı mehriban davranın. Unutmayın, hər bir vərdiş dəyişdirilə bilər, yetər ki doğru addımları atın və özünüzə inanın", - deyə Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 İyul 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri