Diş problemləri və mədə bağırsaq xəstəlikləri arasındakı əlaqə Həkim məsləhəti
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Dişlərdə yaranan xəstəliklər mədə və bağırsaq problemləri ilə birbaşa əlaqəli ola bilər".
Bunu rusiyalı stomatoloq Maksim Labuxin Lenta.ru-ya müsahibəsində bildirib.
Həkim xəbərdarlıq edib ki, diş əti iltihabı, kariyes və yanlış dişləmə mədə-bağırsaq traktı xəstəliklərinin yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, parodontit, pulpit və kariyes daimi infeksiya mənbəyi yaradır. Bunun nəticəsində patogen bakteriyalar qida ilə birlikdə mədəyə daxil olaraq selikli qişaya zərər verə bilər.
Mütəxəssis əlavə edib ki, bu əlaqə əks istiqamətdə də özünü göstərir. Reflüks və ya qastrit zamanı artan turşuluq diş minasını nazikləşdirərək yumşalda, dişləri isti və soyuğa qarşı həssaslaşdıra, həmçinin kariyesin yaranmasına təkan verə bilər.
Tibb işçisinin fikrincə, mədədə turşuluğun həddindən artıq artması bütün orqanizmə, o cümlədən dişlərə mənfi təsir göstərir. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 Oktyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















