Icma.az
close
up
RU
“Diş yuma” və “tərbiyəsizlik” ittihamına cavab KONKRET

“Diş yuma” və “tərbiyəsizlik” ittihamına cavab KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə Mirşahin Ağayevin Real TV-də yayımlanan “Media masası” verilişində televiziya ilə bağlı səsləndirilən fikirlər müzakirə olunur.

KONKRET.az xəbər verir ki, tanınmış jurnalist televizora baxmamağı “tərbiyəsizlik” adlandırıb:

“Televizora baxmıram” sözünü deyən adama bilirsiniz necə yanaşmaq lazımdır? Təsəvvürünüzə gətirin ki, oturmuşuq, kiminləsə söhbət edirik. Birdən qayıdıb deyir ki: “Bilirsiniz, yox, mən televizora baxmıram”. Bu, tərbiyəsizlik kimi qəbul olunmalıdır, ədəbsizlik kimi qəbul olunmalıdır”.

Onun bu fikirləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bu fikirlərlə razılaşmadığını bildirib:

“Mirşahin Ağayevin dediyi fikirlə razılaşmıram. Ümumiyyətlə, televizora baxmayan insanı tərbiyəsiz hesab etmirəm. Heç özüm də davamlı olaraq televizora baxa bilmirəm. Amma bu, onun şəxsi mövqeyidir və hər kəsin şəxsi mövqeyinə hörmətlə yanaşmaq lazımdır”.

Deputat bildirib ki, əsas məsələ insanların fərqli baxışlarına hörmətlə yanaşılmasıdır:

“Məni daha çox narahat edən başqa məsələdir. Son illər cəmiyyətdə elə bir mühit formalaşıb ki, fərqli fikir səsləndirən kimi həmin adam linç edilir. Elə bil hamı eyni cür düşünməli, eyni cür danışmalıdır. Halbuki sağlam cəmiyyət müxtəlif baxışların olduğu cəmiyyətdir. Razılaşmaq da olar, razılaşmamaq da. Bunun ən normal cavabı əks arqument söyləməkdir, insanı hədəfə çevirmək yox. Əgər hər fərqli fikrə görə insanları qınasaq, təhqir etsək və ya susdurmağa çalışsaq, sabah heç kim səmimi danışmayacaq. Hamı yalnız alqış qazanacaq, tənqid olunmayacaq sözlər seçəcək. Bu isə cəmiyyəti daha yaradıcı və düşünən etmir, əksinə, onu şablonlaşdırır”.

R.Nurullayevin sözlərinə görə, fikir plüralizmi demokratik cəmiyyətin əsas prinsiplərindən biridir:

“Üstəlik, kiminsə dediyi hər fikir qanun və ya dövlət qərarı deyil. Bir nəfər bir mövqe bildirir, başqası ona etiraz edir, üçüncüsü isə tam fərqli yanaşma ortaya qoyur. Demokratik müzakirə də elə bunun üzərində qurulur. Təəssüf ki, bizdə bəzən bəzi açıqlamalar fikir mübadiləsi üçün deyil, kimisə hədəfə gətirmək, sosial şəbəkələrdə kampaniya başlatmaq üçün istifadə olunur. Bu yanaşma sağlam ictimai müzakirəyə xidmət etmir. Ona görə də fikir plüralizmini qorumalıyıq. Razılaşmadığımız fikrə də dözümlə yanaşmağı bacarmalıyıq. Çünki fərqli düşüncələr cəmiyyəti zənginləşdirir, yeknəsəqlik isə nə inkişaf gətirir, nə də azad düşüncə”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 İyul 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri