Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bərk və xırçıldayan qidalar maddələr mübadiləsini yaxşılaşdırır və çəki azalmasına kömək edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova özünün "Telegram" kanalında qeyd edib.
Onun sözlərinə görə, qidanın strukturu birbaşa maddələr mübadiləsinə təsir edir.
"Ən "bütöv" məhsulların (çeynəməli olanların) çeynənilməsi bağırsaqdakı xüsusi hüceyrələri aktivləşdirir - onlar həzmi, toxluq və qan şəkərinin nəzarəti ilə bağlı hormonların ifrazını tənzimləyir", - deyə o, bu sahədə son elmi tədqiqatların məlumatlarına istinad edərək bildirib.
Həkim qeyd edib ki, yemək diqqətlə çeynəmə tələb etdikdə, insanlar orta hesabla 26% daha az kalori qəbul edirlər.
Pavlova çəki azaltmaq istəyənlərə qida rasionuna daha çox mövsümi tərəvəzlər, qoz-fındıq, tam taxıllar və xırçıldayan meyvələr əlavə etməyi tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 26 İyun 2025 04:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















