Icma.az
close
up
RU
DİŞSİZ AĞIZIN MARÇILTISI Eldəniz Quliyev yazır

DİŞSİZ AĞIZIN MARÇILTISI Eldəniz Quliyev yazır

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əvvəli olmayan yolun axırı da olmur!..

Ərz eləyim ki, bu gün xalq iki daşın arasında - iqtidar olmaq istəyən müxalifətlə, müxalifət olmaq istəməyən iqtidarın  arasında əsir-yesir qalıb... Və bu "daşların" arasından xilas olmaq üçün nə edirik, yaxud çarəni nədə görürük?.. İqtidar cənablarının, özlərindən savayı heç kimi qane etməyən idarəçilik üsul-idarəsinə yetərincə müqavimət göstəririkmi?

Digər tərəfdən, demokratik düşərgənin mücadilələrinə lazımi dəstək veririkmi?..

Suallar ritorik səslənsə də, cavab verirəm: bəli, bir tərəfə yetərincə müqavimət göstərilir, digər tərəfə isə dəstək verilir.

Misal üçün, sosial şəbəkə platformalarında kifayət qədər tələblər, çağrışlar, xahiş-minnətlər, hətta qəzəb və nifrətlə dolu postlar görürük:

"Belə hökumət olmaz!", "Dərəbəylikdir!" "Təngə gəlmişik!", "Ölkə avtopilotla idarə olunur!", "Təhsili bərbad, səhiyyəsi dəhşət!", "İstefa!" və sairə və ilaxır bu kimi etirazlı-qəzəbli şüarlar, eləcə də demokratik düşərgəni körükləyən, sərt və qətiyyətli mübarizəyə səsləyən yazılar, statuslar paylaşılır, çıxışlar edilir.

Nəticə varmı? Təəssüf və səd heyif ki, yox!.. Bir tərəfin vecinə də deyil, digər tərəf isə bir qulağından alıb, o biri qulağından çıxarır...

Diqqət yetirin: vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri, internet TV kanalları, blogerlər, siyasi fəallar, o cümlədən, müxalifət üzvlərinin həbsinə ürəyi yanan minlərlə sadə vətəndaş birmənalı münasibət bidirir, bildirməkdə davam edirlər də...

Bundan artıq nə etmək olar?..

Daha kəsərli "nə isə" etmək potensilalında olan siyasi liderlər və siyası partiya funksionerləri də eynisini, yəni ediləndən artığını sərgiləməkdən o yana geçmirlər. Qorxudanmı, konyunkturadan, hiyləgərlikdənmı, anlamadıqlarındanmı - bilmirəm. Müsbət nəticə verəsi, real təsir göstərəsi əsaslı bir iş görülmür.

Son zamanlar aparıcı müxalif partiyaların fəaliyyətini (bəlkə də, fəaliyyətsizliyini), müşahidə edən cəmiyyət artlq başa düşüb ki, ölkədə yetərincə boşboğaz, laqeyd və ifrat proqmatik "dostları" var... Və bu, tərs və qəfil şillə effekti yaradıb!..

İndi gəlin, əyri oturaq düz danışaq...

İqtidarın nə, müxalifətin isə nəmənə olduğu az-çox məlumdur. Yəni, iqtidarı BELƏ, müxalifəti isə ELƏ olan məmləkətin durumu elə-belə də olmalıdır...

Amma bu iki sosial-siyasi qurumdan əlavə, özgə bir "güc mərkəzi"də var. Ki, onun barəsində ya danışılmır, danışanda da daha çox, ağız büzülür, çiyin çəkilir... Kimdir, ya kimlərdi onlar?  Onlar, belə demək mümkünsə, son dərəcə tədbirli-ehtiyatlı və hiyləgər fərdlərdən ibarət olan, bir budaqda oturub min budağı silkələyən kiçik-kiçik cəmiyyətlər, mini qruplaşmalar, eləcə də hər an fürsət gözləyən böyük-böyük ambisiyalı zatlardı.

- Onlar saatlarla pusquda durub  ov gözləyən ovçuya bənzəyirlər;

- onlar siyasi həbs və işgəncə təhlükəsinə, şər-böhtanlara baxmayaraq, öz amalları  uğrunda mübarizə aparan  insanları üzdə dəstəkləyib, arxada onların məğlub olmasını, hətta həbsxanalarda çürüyüb ölməsini istəyirlər. Hətta bunu gizli bir ləzzətlə gözləyirlər də!.. (?!)

- bu fürsətcil bəy-cənablar üçün, sanki fəal insanlarının zəifləyib sıradan çıxması onlara qucaq-qucaq şanslar yaradacağı arzusundadılar;

- onlar məzmunca iyrənc, formaca hirsli-hikkəlidilər, - əyinlərinə psevdo-patriot qiyafəsi geyib, üzlərinə yaltaq-yalaq iqtidar maskası taxırlar;

- onlar, eyni zamanda, tamamən saxta və sözün əsl mənasında  buqələmundular. Bir göz qırpımında rənglərini, əqidələrini dəyişə bilir və  özlüyündə elə zənn edirlər ki, bir ayaqları müxalifətdə, bir ayaqları iqtidarda olsa... başlarını cəmiyyətdə saxlaya bilərlər. Ümid edirlər ki, müxalifət hakimiyyətə gəlsə, yaxud mövcud iqtidar hakimiyyətdən yıxılsa... baş rolun tərəf müqabili, vəzir-vəkili və əlbəttə ki, təlxəyi onlar olacaq;

- onlar təbiətən hər şeydən və hamıdan it kimi  qorxurlar və hamıya da it kimi "ham-ham" edirlər. Amma buna rəğmən, hər zaman ön plana atılmağa da hazırdılar. Himə bənddilər ki, zəifləyib haldan düşmüş, idarəçiliyində xaos yaranmış hakimiyyətin, yaxud özünə qarşı inamı və müqavimət immunitetini itirmiş müxalifətin üzərinə, daha qəti, daha pafoslu və daha radikal hücumların imitasiyasını yaratsınlar;

- onlar suda batmır, odda yanmırlar, müxalifətin də, iqtidarın da içərisində eyni komfortla mövcud ola bilirlər; 

- onlar atmilçəyi kimi bir şeydilər, - ha qoyursan, ha uzaqlaşdırırsan, yenidən - vızha- vız gəlir, ürək bulandırırlar;

- onlar həmişə və hər yerdədilər, heç vaxt, heç yerdən yox olmurlar...

Qəribə fenomendir, deyilmi?!..

Belə məxluqlarda kiminsə dərdinə qalmaq, kiminsə ağrı-acısını, göz yaşlarını duymaq, acımaq, bir sözlə, manqurt kimi empatiya hissindən yerli-dibli məhrumdular.

Öz xöşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaqdan böyük günah yoxdur!

Yeri gəlmişkən, əqrəb dünyada yeganə həşaratdı ki, hirsindən özü-özünü çalıb öldürür... Yəni quyruğundakı zəhərli neştərini öz başına sancır!..

...Dünyada əqrəb xislətli nə qədər hikkəli, zəhərli insanlar, varmış!..

Sözün doğrusu, bizlər iki daşın arasında qalmağa, az da olsa öyrəşmişik. Yəni bizi sağdan da, soldan da əzib-sıxışdıran daşlara vərdişkar kimiyik. Ən təhlükəlisi və ən qorxulusu, məncə, üçüncü tərəfdir. Çünki, o daş, nə yazıq ki, birbaşa başımıza düşür!..

Demək istədiyim budur ki, yuxarıda qeyd etdiyim  tərəflərin üçü də dayanmadan dişsiz ağızları marçıldadırlar... Marçıltı isə, bildiyiniz kimi, ac qarınların qurultusunu daha da artırır!..

Eldəniz QULİYEV

P.S. Lütfən, bütün bu dediklərimi acı təəssüf hissim və ürəyimin ağrısı kimi qəbul edin...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri