Dizel yenə bahalaşır
Icma.az bildirir, News24 portalına istinadən.
Neftin qiymətindəki dalğalanma Türkiyədə yanacaq bazarına təsir edib.
News24.az xəbər verir ki, son məlumatlara əsasən, dizel yanacağının qiymətində artım olacaq. İlkin olaraq 1,70 TL-lik artım gözlənilsə də, sonradan bu göstərici 1,15 TL-yə endirilib. Yeni qiymətlər sabahdan qüvvəyə minəcək.
Benzin qiymətlərində isə hər hansı dəyişiklik gözlənilmir. Mütəxəssislər bildirirlər ki, qiymət dəyişiklikləri qlobal neft bazarındakı proseslər və geosiyasi risklərlə bağlıdır.
Hazırda əsas şəhərlərdə yanacaq qiymətləri belədir:
İstanbul:
Benzin: 51,05 – 51,19 TL
Dizel: 52,25 – 52,36 TL
Ankara:
Benzin: 51,87 TL
Dizel: 53,22 TL
İzmir:
Benzin: 52,19 TL
Dizel: 53,55 TL
Yanacaq qiymətləri, 2005-ci ildən etibarən tətbiq olunan sərbəst qiymətləndirmə sisteminə əsasən, həm beynəlxalq neft qiymətləri, həm də yerli bazar şərtləri nəzərə alınaraq müəyyən edilir.
Xeyrənsə Piriyeva
Baxış sayı:113
Bu xəbər 08 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















