Donnarummanın agenti iddialara “nöqtə qoydu”
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mançester Siti"nin qapıçısı Canluici Donnarummanın agenti Enso Rayola İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı müstəqil komissiyanın qərarından sonra klubun italiyalı qolkiperi ilə danışıq aparıb. Sport24.az xəbər verir ki, müstəqil komissiya "Mançester Siti"ni irəli sürülmüş 115 ittihamın 114-ü üzrə təqsirli bilib.
İstintaq çərçivəsində "şəhərlilər"in doqquz mövsüm ərzində Liqanın maliyyə qaydalarını pozduğu müəyyən edilib. İttihamları rədd edən klub rəhbərliyi qərardan apellyasiya şikayəti verib. Potensial sanksiyaların icra mexanizmi isə hələ ki dəqiqləşməyib.
Rayola klub rəhbərliyinin təcrübəli futbolçuya zəmanət verdiyini bildirib:
"Mançester Siti" ətrafındakı bu gərginlik nəyisə dəyişəcək? Xeyr, nə bizim, nə də Donnarumma üçün heç nə dəyişmir. Bu cür xəbərlər vaxtaşırı mətbuatda dərc olunur. Klub Donnarumma ilə danışıq aparıb və hamı sakindir. Qarşıda "Liverpul" və PSJ ilə vacib oyunlar var. Donnarumma "Mançester Siti" rəhbərliyindən lazımi zəmanətləri alıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Oktyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















