Icma.az
close
up
RU
Dost ölkə çağırış etdi: Azərbaycanlı turistlər təhlükədədir? Xəbərdarlıq

Dost ölkə çağırış etdi: Azərbaycanlı turistlər təhlükədədir? Xəbərdarlıq

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müvəqqəti olaraq Yaponiyaya səfərdən çəkinməyi tövsiyə edib. Nazirlik Yaponiyada çinli turistlər üçün artan təhlükəsizlik risklərinin mövcud olduğunu bildirib.

Mövcud vəziyyət iki ölkə arasındakı diplomatik və ictimai münasibətlərin mürəkkəbləşməsi kimi dəyərləndirilir. Analitiklərin fikrincə, bu, həm də turistlərin, xüsusilə də Çinə yaxın ölkələrin vətəndaşlarının Yaponiyaya səfərlərini planlaşdırarkən ehtiyatlı olmalarını zəruri edir.

İki ölkə arasında nə baş verir? Çinli turistlər niyə Yaponiyada təzyiq və ya təhlükə ilə üzləşirlər? Çinlə münasibətləri yaxşı olan ölkələrin, məsələn, Azərbaycanın vətəndaşları üçün bu vəziyyət təhlükəli ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Çin və Yaponiya arasında əsas gərginlik Tayvan məsələsi ilə bağlıdır:

“Xüsusilə, Çin Tayvana qarşı hərbi təzyiqləri artırır, çünki Pekin yeni qütb formalaşdırmaq üçün bu ərazini ilhaq etməyi strateji hədəf kimi görür. Yaponiya isə Tayvanın Çin tərəfindən təzyiq altında olmasını qəbul etmir. Düşünürəm ki, bu siyasətin arxasında ABŞ dayanır. Nəticə olaraq Çinin sıxışdırılması ilə əsasən artan hərbi və siyasi ambisiyaları məhdudlaşdırmaq hədəflənir.


Məhəmməd Əsədullazadə

Pekin Sakit okean və Hind okeanı regionunda mövqeyini gücləndirməyə çalışır. Yaponiya uzun illər boyunca Çini basqı altında saxlayan ölkə olub. Tərəflər arasında fundamental və tarixi problemlər qalır, bir-birilərinə etimadları yoxdur. Müharibə ehtimalı azdır, amma qarşılıqlı hərbi nümayişlər gözləniləndir. Bu prosesdən əziyyət çəkən isə xalqlardır.

Yaponiya ərazisində az sayda Azərbaycan vətəndaşı yaşayır. Onlara yanaşma dəyişməz qalacaq. Azərbaycanın Çinlə münasibətləri yüksək səviyyədədir, Yaponiya ilə də əlaqələri möhkəmləndirir. Beynəlxalq siyasi nizam yenidən qurulur və bu proses uzaq şərqdən də yan keçmir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri