Icma.az
close
up
RU
Dövət qurumunda insanlara qarşı yırtıcı ideologiyanın təbliği “Robert Qrin sindromu” RİNN də

Dövət qurumunda insanlara qarşı yırtıcı ideologiyanın təbliği “Robert Qrin sindromu” RİNN də

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz əməkdaşlarının şəxsi inkişafını dəstəkləmək məqsədilə növbəti görüş təşkil edib. Nazir Rəşad Nəbiyevin inkişaf strategiyası üzrə müşaviri Rəşad Bayramovun moderatorluğu ilə keçirilən görüşdə Robert Qrinin "Hakimiyyətin 48 qanunu" kitabı müzakirə olunub.
Prinsip etibarilə, istər dövlət, istərsə də özəl sektor nümayəndələrinin mütəmadi şəkildə oxu mədəniyyətinə və intellektual müzakirələrə cəlb olunması təqdirəlayiq təşəbbüsdür. Lakin hansı ideoloji və fəlsəfi məzmun daşıyan kitabların seçilməsi, həmin əsərlərin kimlər tərəfindən və hansı kontekstdə müzakirəyə çıxarılması təsadüfi məsələ sayıla bilməz. Xüsusilə də hakimiyyət, idarəetmə və güc münasibətləri üzərində qurulan yanaşmaların dövlət strukturlarında necə təqdim edildiyi və hansı mesajları verdiyi ayrıca həssaslıq və təhlil tələb edir. 
Bıçaq cərrahın əlində olanda - ümidin, həyatın, məsuliyyətin, cinayətkarın əlində isə qorxunun, ölümün, zorakılığın simvoludur.
Haqqında danışılan kitab bıçaq kimi itidir, qəddar, əzazil qanunları ilə daha çox diqqət çəkir, real həyatla səsləşsə də, dövlət qurumunda bu qanunların təşviqinin nəyə hesablandığını düşünmək elə də çətin deyil. Ölkəmizdə və xarici ölkələrdə bu kitabın təsiri altına düşərək bütün şəxsi həyatını və iş fəaliyyətini həmin qanunlar əsasında quran on minlərlə insan olub və bu gün də var. 
O zaman sual olunur, xalqla, cəmiyyətlə sivil, insani prinsiplər əsasında işləməli olan bir qurumun əməkdaşlarına niyə laqyedlik, qəddarlıq, fürsətcillik, ikiüzlülük, riyakarlıq təşvqi olunsun? 
"Hakimiyyətin 48 qanunu" kitabını dövlət və siyasət mexanizmlərinin, cəmiyyət və dövlət münasibətlərinin öyrənilməsi baxımından müəyyən mənada əhəmiyyətli hesab etmək olar. Eyni zamanda, PR və kommunikasiya sahəsində çalışanlar üçün də praktik və oxunaqlı mənbə kimi təqdim olunur. Şübhəsiz ki, bütün bunlar təsadüf deyil: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin məsul şxəslərinin insanlara dırnaqarası yanaşmasının, cəmiyyətin problemlərinə xüsusi ironiya göstərməsinin, tabeli qurumların rəhbərlərinin və PR əməkdaşlarının laqeyd olmalarının səbəblərini anlamış oluruq. 
Məlumata görə, bu kitab və insanlığa, humanizmə zidd olan digər əsərlər uzun müddətdir RİNN-in bütün tabeli qurumlarında təbliğ edilir. “Hakimiyyətin 48 qanunu” kitabının hazırda Nazirliyin əməkdaşlarının böyük hissəsinin stolüstü kitabına çevrildiyi bildirilir.
Məsələn, Nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri Anar Rzayevin və qurumun marionet mətbuat katibi Tural Orucovun insanlara, şikayətlərə laqeyd yanaşması bunu deməyə tam əsas verir.
“Hakimiyyətin 48 qanunu” kitabından humanizmə, dövlət təfəkkürünə, dövlət-vətəndaş münasibətlərinə, insanlığa zidd olan bəzi qanunları qeyd edirəm: 
- Başqalarına işi gördür, nəticəni öz adına çıx - (Başqasının əməyinin oğurlanması strategiyası, istismar mədəniyyətinin yaradılması )
- İnsanların inanmaq ehtiyacından istifadə et - (Dini, sosial və s. baxımdan insanları alətə çevirmək)
- İnsanların zəif nöqtəsini tap - (Şəxsiyyətlərə təcavüz, zəiflik fenomenləri yaratmaq)
- Diqqət mərkəzində ol, hər bahasına – (Şoumenliyin, populizmin, dezinformasiyanın legitimləşməsi)
- Niyyətlərini gizlət - (İkiüzlülük, parçalanmış sosial münasibətlər və etimadın məhvi)
- Heç kimə bağlı olma - (Xəyanətin təbliği)
Acınaqcaqlısı odur ki, “Hakimiyyətin 48 qanunu” kitabı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üçün təlimat kitabçasına çevrilir. Kitabdakı qanunlar isə insanı məqsəd yox, vasitə kimi görür, əxlaqı zəiflik, manipulyasiyanı isə güc sayır. Robert Qrinini dərindən təhlil edən xarici mütəxəssislər hesab edirlər ki, onun əsərləri “necə ədalətli lider olmaq olar?” sualına yox, “vəzifəni, hakimiyyəti necə istənilən qiymətə saxlamaq olar?” sualına cavab vermək üçün geniş material verir. 
Təsadüfi deyil ki, Rəşad Bayramov hakimiyyət çevrələrində özünü ölkənin əsas “PR mütəxəssisi” kimi təqdim edə bilib. Bu imic onun adının müxtəlif dövlət qurumlarında yaranan kommunikasiya böhranları fonunda tez-tez hallanmasına və konkret vəziyyətlərdə “xilasçı PR” ünvanına çevrilməsinə zəmin yaradıb. 
Azərbaycan müstəqil dövlətdir, bəs müstəqil dövlətin vətəndaşlarını istismar etmək, dövlət qurumlarında riyakar, laqeyd, xəyanətə meylli kadrlar yetişdirmək kimə lazımdır? 
Samir Feyruzov
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri