Su təchizatı ilə bağlı Dövlət Proqramı su təminatı və ekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının, bölgələrin dayanıqlı inkişafının təmin edilməsində infrastruktur layihələrinin uğurlu icrası əsas rol oynayır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramında əsas hədəflərdən biri infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, mühüm layihələrin uğurlu icrası idi.
Deputat Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutduğunu vurğulayıb:
"İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısı müşavirədə qeyd etdi ki, Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar. Vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapıb. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir".
V.Rəhimzadə qeyd edib ki, "Taxtakörpü", "Şəmkirçay" kimi su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatında böyük problemlər ola bilərdi.
"Taxtakörpü" su anbarı imkan verdi ki, Samur çayının suları "Ceyranbatan" su anbarına yığılsın və orada ehtiyat yaransın. O cümlədən "Ceyranbatan" su anbarı tamamilə yenidən quruldu. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edildi. Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir".
O bildirib ki, son beş ildə bir neçə önəmli layihə başa çatıb. Deputat vurğulayıb ki, vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib.
"Onlardan biri "Sərsəng" su anbarıdır. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. "Sərsəng" və "Suqovuşan" su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Bu gün isə "Suqovuşan" və "Sərsəng" su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda "Köndələnçay", Ağdam rayonunda "Xaçınçay" su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş "Zabuxçay" su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - "Həkəriçay" və "Bərgüşadçay"ın tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Bütünü bunlar bir daha sübut edir ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir".
Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın qeyd edilən sahədə gələcək inkişafı ilə bağlı aydın təsəvvür yaradır.
"Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" təsdiqləndi. Dövlət Proqramı strateji məsələ olan su təminatı və ekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək. Ümumiyyətlə, dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması əsas hədəflərdəndir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Yanvar 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















