Icma.az
close
up
RU
Dövlət hərəkətə keçdi: nazirliklərdə yoxlamalar başlayır İstintaq...

Dövlət hərəkətə keçdi: nazirliklərdə yoxlamalar başlayır İstintaq...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bir neçə gün əvvəl Azərbaycanda Hesablama Palatasının Mədəniyyət Nazirliyində yoxlamalara başladığı bildirildi. Məlumata görə, məqsəd dövlət vəsaitlərinin necə xərcləndiyini qiymətləndirməkdir. Vətəndaşlar isə hesab edirlər ki, təkcə sözügedən nazirlik deyil, digər qurumlarda da ciddi yoxlamalara ehtiyac var.

Başqa nazirliklərdə də yoxlamalar başlanacaqmı?

Globalinfo.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, büdcədən maliyyələşən bütün təşkilatlarda Hesablama Palatasının planlı və plansız yoxlamalar aparmaq səlahiyyəti var:

“Bu yoxlamaların keçirilməsi xüsusi qanunla tənzimlənir və buna əsasən planlı, yaxud zərurət yaranarsa, plansız yoxlamalar həyata keçirilə bilər. Hazırda maliyyə intizamının möhkəmləndirilməsi məqsədilə Maliyyə Nazirliyi və Hesablama Palatası daha intensiv nəzarət mexanizmləri tətbiq etməyə başlayıblar. Əvvəlki hesabatlar da göstərir ki, bəzi dövlət qurumlarında vəsaitlərin səmərəsiz xərclənməsi halları mövcuddur. Xüsusilə tədbirlərə və nəşrlərə ayrılan vəsaitlər bəzən artıq olur, halbuki onları elektron formada hazırlamaq mümkündür. Ona görə də maliyyə resurslarından səmərəli istifadə və qənaətin təmin olunması mühüm məsələdir. Hesablama Palatası da qanunvericilik çərçivəsində bu istiqamətdə yoxlamalar aparmaq hüququna malikdir”.

Sahib Məmmədov

Hüquqşünas qeyd edib ki, sahibkarlıq subyektləri büdcədən yalnız xüsusi hallarda vəsait alırlar, buna görə də əsas nəzarət və yoxlama prosesi dövlət qurumlarına aiddir.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Hesablama Palatası hər il müxtəlif nazirliklərdə, digər dövlət idarələrində yoxlamalar aparır və çox vaxt effektiv nəticələr əldə edir:

Natiq Cəfərli

“Dövlət vəsaitinin qeyri-rasional xərclənməsi ilə bağlı açıqlamalar versə də, təəssüf ki, bundan sonrakı mərhələdə cəza mexanizmləri çox zaman tətbiq edilmir. Bu baxımdan, Palatanın səlahiyyətlərinin artırılmasına ehtiyac var. Onun yoxlamaları ciddi istintaq araşdırmalarının başlanması üçün əsas rol oynamalıdır. Qanunvericilikdə bu barədə müddəalar mövcuddur, lakin bunun daha da təkmilləşdirilməsi vacibdir. Çünki Hesablamalar Palatası hər il dövlət qurumlarında ciddi maliyyə pozuntuları aşkarlayır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri