Icma.az
close
up
RU
DÖVLƏT TELEVİZİYASINDA İŞĞAL TƏHDİDİ Kreml təbliğatçıları bütün hədləri aşır

DÖVLƏT TELEVİZİYASINDA İŞĞAL TƏHDİDİ Kreml təbliğatçıları bütün hədləri aşır

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın hakimiyyətə yaxın olan mediasında, televiziyasında, “youtube” və “telegram” kanallarında anti-Azərbaycan isterikası getdikcə daha böyük vüsət alır.

“AzPolitika” xəbər verir ki, Kremlin ən aparıcı təbliğatçılarından olan Vladimir Solovyov Rusiya dövlət televiziyasının efirində növbəti dəfə Azərbaycanın ünvanına hədyanlar danışaraq, ölkəmizi təhdid etməyə qalxıb. Ermənilər - Marqarita Simonyan və Semyon Baqdasarovun da iştirak etdiyi efirdə Solovyov İlham Əliyevin Şuşadakı son çıxışını öünəməxsus təxribatçı formada şərh edib.

İlham Əliyevin “biz özümüz yeni reallıq yaratdıq” fikri Solovyovun “yaralı yerinə” dəyib və “qanaxmaya” səbəb olub. O həyasızcasına iddia edib ki, reallığı guya Azərbaycan yox, Nikol Paşinyan dəyişib. Guya məhz Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün reallıq dəyişib. Təbii ki, Paşinyanı bunu deməyə məcbur edən Azərbaycanın gücünü, Azərbaycan Ordusunun möhtəşəm qələbəsini Solovyov kimi simasızlar görməyiblər…

Solovyov Azərbaycan Prezidentinin ukraynalı jurnalistə “işğalla heç zaman barışmayın” deməsini Rusiyaya qarşı təhdid kimi qələmə verib. Onun çürük məntiqi ilə sanki Prezident bunun əksini – “işğalla barışın” deməli idi…

Solovyov Şuşadakı tədbirdə iştirak edən rusiyalı politoloq Sergey Markovu da təhqir və təhdid edib.

Nəhayət, Azərbaycanı iqtisadi sanksiyalarla təhdid edən Solovyov yenə Azərbaycanla Rusiya arasındakı birbaşa sərhədi xatırladaraq, hərbi müdaxiləyə işarə vurub. Həmçinin, Türkiyəni də təhdid edən Solovyov Zəngəzur dəhlizinin açılması perspektivini Rusiyaya və İrana qarşı böyük təhlükə və onların regiondakı varlığına zərbə kimi qələmə verib.

Solovyov son zamanlar artıq neçənci dəfədir ki, Azərbaycan tərəfinin tam hüquqi, adekvat addımlarına və bəyanatlarına bu cür ağrılı reaksiya verir – “tüstüləyir”! Bu isə onun zəncirini açıb efirə buraxan Kremlin özünün qeyri-adekvat, irticaçı siyasi-psixoloji durumunun bariz göstəricisidir.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyul 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri