Icma.az
close
up
RU
Dövlət və xalq olaraq baş verə biləcək ən pis ssenariyə hazır olmalıyıq

Dövlət və xalq olaraq baş verə biləcək ən pis ssenariyə hazır olmalıyıq

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


"İsrail-İran qarşıdurması Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Biz baş verənlərdən narahatıq. İlk olaraq ona görə ki, İran qonşuluqda yerləşən bir dövlətdir, İran və Azərbaycan arasında 756 kilometrlik bir sərhəd var. İkincisi, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Odur ki, dövlət və xalq olaraq baş verə biləcək ən pis ssenariyə hazır olmalıyıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, maksimum şəkildə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır:
"Sərhəd istiqamətində təhlükəsizlik tədbirlərinin artırılması, neft-qaz yataqları, enerji kəmərlərinin mühafizəsinin gücləndirilməsi, daxildə hər hansı təxribatların qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi və eləcə də digər fəaliyyətlərin həyata keçirilməsi lazımdır.
Biz heç bir halda müharibədə tərəf olmaq niyyətində deyilik. Əksinə tərəfdaş İsrail və qonşu İran arasında tez bir zamanda atəşkəsin əldə olunmasını istəyirik. Çünki bu müharibə bir sıra səbəblərlə bizə də ziyan vurur və qeyd etdiyim kimi müharibənin uzanacağı halda bundan əziyyət çəkən ölkələrdən biri də biz olacağıq".
Politoloq qeyd edib ki, Azərbaycan İran və İsrail arasında vasitəçi olaraq prosseslərə qoşula bilər:
"Amma bunun üçün ilk növbədə qarşıduran tərəflərin istəyi lazımdır. Hələ ki, nə İsrail, nə də İran Azərbaycana bununla bağlı hər hansı müraciət edib. Amma belə bir müraciət olacaqsa, regionda və dünyada sülhün, barışın tərəfdarı qismində çıxış edən ölkə olaraq əlmizdən gələn hər şeyi edəcəyik.
Onu da qeyd edim ki, Tehran və Təl-Əviv arasındakı mövcud vəziyyət Baki ilə İrəvan arasında münasibətlərinin normallaşması prosesinə birbaşa təsir etməsə də, müharibənin sərhədlərimizdə getməsi, həm Azərbaycanın, həm də Emənistanın İranla qonşu dövlət olması dolayısıyla bizə də təsir edir. Dünyanın diqqəti artıq demək olar ki, İran və İsrail arasında müharibəyə fokuslanıb. Hətta hər gün gündəmi zəbt edən Rusiya-Ukrayna müharibəsi belə arxa fona keçib. Təbii ki, belə vəziyyət Azərbaycan və Ermənistan arasındakı danışılar prossesinə də təsir edir".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri