Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə başçəkmə həyata keçirilib
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) başçəkmə həyata keçirilib.BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun müddəaları əsasında keçirilmiş başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, həmçinin saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.Başçəkmə çərçivəsində müəssisənin saxlama kameralarına, istintaq, tibb, ibadət otağına, mətbəxə, gəzinti yerinə baxış keçirilib. Eyni zamanda, MSY-də saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib. Müəssisə rəhbərliyi və əməkdaşlara qanunvericiliyin tələbləri nəzərə alınmaqla saxlanma şəraiti və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilməklə hüquqi-maarifləndirici söhbətlər aparılıb, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı və səlahiyyətləri barədə ətraflı məlumat təqdim edilməklə, 24 saat fəaliyyət göstərən “916” Çağrı Mərkəzi haqqında informasiya əks olunmuş lövhə, bukletlər və digər nəşrlər də təqdim olunub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Yanvar 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















