Icma.az
close
up
RU
Dövlətlər hava məkanında uçan mülki təyyarələrin təhlükəsizliyinə məsuliyyət daşıyırlar

Dövlətlər hava məkanında uçan mülki təyyarələrin təhlükəsizliyinə məsuliyyət daşıyırlar

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


"Bir ölkənin sərnişin təyyarəsinin digər bir ölkə ərazisində vurulması halları beynəlxalq hüquq sahəsində ciddi mövzu kimi qiymətləndirilir və bu cür hadisələr dövlətlərarası münasibətlərdə həm hüquqi, həm də siyasi nəticələr doğurur. Belə hadisələr mülki aviasiyanın təhlükəsizliyinə ciddi zərbə vurur və beynəlxalq hüquq normalarına əsasən qarşı tərəfin məsuliyyəti gündəmə gəlir. Beynəlxalq hüquqda bu kimi hallarda əsas hüquqi baza 1944-cü il Çikaqo Konvensiyası, Montreal Konvensiyası, BMT Nizamnaməsi və dövlətlərin beynəlxalq hüquq pozuntularına görə məsuliyyətini müəyyən edən digər beynəlxalq sənədlərdir".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Çikaqo Konvensiyasının maddələrinə görə mülki təyyarəyə qarşı silah tətbiqi qadağan olunur və dövlətlər hava məkanında uçan mülki təyyarələrin təhlükəsizliyinə məsuliyyət daşıyırlar:
"Montreal Konvensiyası isə sərnişinlərə və zərərçəkənlərə kompensasiya mexanizmlərini müəyyən edir.
Hadisə baş verdikdə ilkin addım diplomatik kanallar vasitəsilə həyata keçirilir. Zərərçəkən dövlət qarşı tərəfə rəsmi diplomatik nota təqdim edir, məsuliyyətin tanınmasını, üzr istənilməsini və kompensasiya ödənilməsini tələb edir. Bu mərhələ beynəlxalq məhkəmə proseslərinin başlanması üçün vacibdir, çünki diplomatik yollarla razılığa gəlmək mümkün deyilsə, hüquqi prosedura keçmək üçün əsas yaradır.
Bundan sonra məsələnin beynəlxalq aviasiya təşkilatlarına, xüsusən də ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) təqdim olunması mümkündür. ICAO Şurası hadisəni texniki və hüquqi baxımdan qiymətləndirir, müvafiq hesabat hazırlayır və qarşı tərəfin məsuliyyətini təsdiqləyə bilər. Bu mərhələ məcburi olmasa da, sonrakı məhkəmə proseslərində sübut kimi əhəmiyyətli rol oynayır".
Əli İbrahimov qeyd edir ki, əgər qarşı tərəf məsuliyyəti qəbul etmirsə və kompensasiya ödənilmirsə, dövlət Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ – Haaqa) müraciət edə bilər:
"ICJ yalnız dövlətlər arasında mübahisələri həll edir və bu halda məqsəd dövlət məsuliyyətinin tanınması, maddi və mənəvi zərərin kompensasiyası və beynəlxalq hüquq pozuntusunun təsdiqidir. Fərdi zərərçəkənlər birbaşa ICJ-yə müraciət edə bilməzlər, bu hüquqi mexanizm yalnız dövlətlər üçün nəzərdə tutulub.
Bəzi hallarda, məsələnin fərdi hüquq çərçivəsində də qiymətləndirilməsi mümkündür. Əgər zərərçəkənlər Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) üzvü olan dövlətin vətəndaşlarıdırsa və hadisə onların yaşamaq hüququnun pozuntusu kimi qiymətləndirilirsə, fərdlər AİHM-ə müraciət edə bilərlər. Burada məqsəd dövlətlərin məsuliyyətini sübut etmək və zərərçəkənlərə kompensasiya təmin etməkdir".
Əli İbrahimov qeyd edib ki, belə hadisələr beynəlxalq hüququn çətin və çox mərhələli proseduruna tabedir:
"İlk növbədə diplomatik kanallar vasitəsilə məsələ həll edilməli, sonra beynəlxalq təşkilatlarda və məhkəmə instansiyalarında hüquqi addımlar atılmalıdır. Beynəlxalq hüquq və məhkəmə prosedurlarının düzgün tətbiqi ilə dövlət məsuliyyətinin tanınması və zərərçəkənlər üçün kompensasiyanın təmin olunması mümkündür".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri