Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Döyülən də onlar, söyülən də onlar” Qurban Qurbanov İdmanXəbər

“Döyülən də onlar, söyülən də onlar” Qurban Qurbanov İdmanXəbər

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Füzuli Məmmədova uğurlar arzulayıram. Uzun müddətdən sonra baş məşqçi kimi Premyer Liqaya qayıtdı. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Vacib üç xal idi. Oyun bizim üçün asan deyildi. Avrokubok oyunlarından sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür. Şərait, vaxtımız olmur. Elə də asan deyil. Bugünkü heyəti götürsək bir neçə futbolçu öz idman formasından uzaqdır. Ramil Şeydayev nə qədər vaxt oynamır. İlk dəqiqələrdən meydanda olması asan deyil. Musa Qurbanlı da həmçinin. Bədavi Hüseynovu da qeyd edərdim. Ritmə düşmək üçün 3-4 oynamaq lazımdır ki, güclərini bölüşdürə bilsinlər. Risklərə getmək istəmirik. Vacib oyunlar olsa da, futbolçuları qorumaq bizim üçün. Məğlub olmağa hazırıq, nəinki futbolçuları itirək. İtaliyada oyunda da Mateus Silv, Leandro Andrade əzələsində problem hiss etdi. Kevin Medina məlumdur. Bəhlulda da yorğunçuluq var idi. Üç nəfəri protkola salmadıq da. İlk “onbirlik”də yer alanlar yorğun olsalar da, oyun ritmindən düşmürlər. Digərləri isə həm məşqdən uzaq qalırlar, həm də daha az oyun oynayırlar. Bu da bizə ciddi problem yaradır. Kənardan görünə bilər ki, adlar var. Amma o adların istədiyin formada olmayanda, problemlərin yaranır. Şükür Allaha, çalışırıq ki, vəziyyəti balanslaşdıraq. İlin sonuna gəldikcə, zədəlilərin sayı artır. Qarşıda bizi kubok və çempionat matçlarımız var. Futbolçuların üzərinə daha da çox məsuliyyət düşür ki, özlərini bu oyunlara hazırlasınlar. Çempionat bir az fərqli gedir, komandalar başqa cür oynayır. Əvvəllər komandalar müdafiədə daha çox səhv edirdi, indi fərqlidir”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunun “Karvan-Yevlax”la görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalislərin suallarını cavablandırıb. 

– İcraiyyə Komitəsinin iclası keçirildi. Neçənci dəfədir ki, siz olmayan vaxtda vacib iclaslar salınır…

– Əvvəlcədən bildirilir ki, iclas hansı tarixdə olacaq. Hamıdan da bu haqda soruşurlar. Oradakı insanların hər biri iş başında olur. Hamını bir yerə yığmaq üçün vaxt təyin olunmalıdır. Biri var tək mənim vaxtım olmasın, biri də var 5 nəfər Bakıda olmasın. Belə olduğu halda, az adamın olmamasını əsas götürürlər. Normal prosesdir. İkinci, ya üçüncü dəfədir ki, üst-üstə düşür. Bütün qərarlar İK-nın bütün üzvlərinə göndərilir. Orada ciddi problem görmürəm.

– Marko Yankoviç və Mateus Silva arasında “Napoli” ilə görüşdə baş verən mübahsiə haqda fikriniz necədir? Yazılanlara görə, onları cərimələsiz?

– Futbol emosional oyundur. Belə halların çox şahidi olmuşuq. Bundan da çox sərt hallar görmüşük. Hər bir halda, belə oyunlarda özlərinin emosialarını qoruyub-saxlamalıdırlar. Çünki matçın gedişatına təsir edə bilər. Ümumi fikirlərimi bildirmişəm. Bu mövzuya çox ciddi diqqət ayırmışam. 

– “Ayaks”la oyun pley-offa çıxmaq baxımından sizin üçün çox vacibdir. Bu fikirlə razısız? Belə yanaşma, komandanın üzərində əlavə təzyiq yaratmırki?

– Çox vacib oyundur.Bəlkə də azarkeşlər turnir cədvəlinə məndən daha çox baxırlar, daha çox oyunları analiz edirlər. Bəlkə bəzi detallara mən toxunmuram, amma fanatlar bunu analiz edirlər. Əksinə, göstərirk i, biz oyuna daha çox diqqət ayırmalıyıq. Futbolçulara çmüsbət təsiri olar. Çempionat oyuna hazırlaşa-hazırlaşa həmin görüşü də fikirləşməyə çalışacağıq.“Ayaks”ın öz oyun fəlsəfəsi vr, neçə oyununa baxmışam. Rəqiblərdən aşağı səviyyədə oynamayıb. “Benfika” ilə matçda daha çox qol epizodları oldu, nəinki onların. Bu cür yanaşma məni daha çox narahat edir. Sanki qalibiyyət artıq bizimdir, sonuncu pillədə gedən komandaya qarşı oynayırıq. Bundan uzaqlaşmaq lazımdır. “Ayaks” da gözünü qarşıdakı oyunlara dikiblər. Xüsusilə də, bizimlə matça. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında sonuncu olduq. Amma 3-4 oyunumuz var idi ki, rəqibdən üstün idik. Sadəcə qismətimiz deyilmi. Ola bilər içəridə nəyisə səhv etmişdik, bəlkə kollektivdə hansısa yaxşı dostluq yox idi. 

– Mateuş Koxalski ilə bağlı “Qarabağ”a rəsmi təklif olub?

– Hər xətdə oyunçu axtarıram. Buan ehtiyacımız var. Daha sağlam olmağa ehtiyacımız var. Juninyo yaxşı futbolçu idi, yaxşı qolları oldu. Amma onun stabilliyindən narazı idim. Amma onun özəlliklərindən bir cür istifadə edirdim, indi əlimdə olanlardan başqa cür edirəm. O cür futbolçunun komandamızda olmasına yox deməzdim. Hər halda, axtarırıq, baxırıq, işlər gedir. İmkan olsa, 2-3 oyunçu götürəcəyik. Koxalskiyə görə, rəsmi təklif yoxdur. Tələsmək lazım deyil. Qapıçı indi-indi inkişaf etməyə başlayırsa, potensialını üzə çıxarmağa başlayırsa, tələsməmək lazımdır. Belə şansdan daha çox istifaə etmək lazımdır. Rəsmi təklif yoxdur. 

– İcraiyyə Komitəsnidə çıxan qərarlara fikriniz necədir?

– Burada fikir bildirməyim düzgün olmaz.

– Toral Bayramova oyundan sonra müsahibə üçün yaxınlaşan jurnalistlər olsa da, o, bildirdi ki, uşaqlarına daha çox vaxt ayırmaq istəyir. Maraqlıdır, həqiqətən Bayramov bazada daha çox vaxt keçirir?

– Mən bəzən “Qarabağ”ın futbolçularının iş rejiminə baxanda, yazığım gəlir desəm, ağır hallanar. Amma bəzən istəyirəm ki, onları bir ay buraxb və deyim gedin futboldan uzaq olun. Onlar üçün asan deyil. Biz istənilən turnirdə nəticə verməliyik. Komanda elə yerə gəlib çıxıb ki, futbolçuların normal istirahət vaxtı yoxdur. Buna fiziki güc yox, psixoloji olaraq çatdırmır. Mənə baş məşqçi kimi asan deyil. Futbolçuları başa düşmək lazımdır. Onlar kimin üçün oynayırki? Biz, xalq, ailəsi üçün. Çox adam fikirləşir ki, övladım futbolçu olsun. Ancaq inanın ki, bunlar sanki seçilmiş insanlardır. Döyülən də onlar, söyülən də onlar. Nəsə çatışmazlıq oldusa, media, rəhbər, azarkeş, məşqçi, valideyn tərəfdən üzərlərinə gedirlər. Böyük təzyiqlərə məruz qalırlar. Onları başa düşmək lazımdır. Futbolçuların yanında olmalıyıq. Ramil Şeydayev, Nəriman Axundzadə, Musa Qurbanlı oynamadıqca, idman formasından uzaqlaşırlar. Psixoloji təzyiq çoxdur. Ələlxüsus da, öz futbolçularımızın yanında. Bəlkə bəzən sizinlə kobud danışırlar, amma onları başa düşmək lazımdır. Çünki əsəbləri bəzən yerində olmur. Allah qoysa, deyərəm, gələn dəfə vaxt ayırar, müsahibə verər. (Sportal.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 29 Noyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see151

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see146

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see144

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see142

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri