“Azərbaycanın sülh sammitinə dəvət alması rəsmi Bakının qlobal xarici siyasətinin təcəssümüdür”
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərqdə sülh sammitinə Azərbaycanın dəvət alması rəsmi Bakının qlobal xarici siyasətinin təcəssümüdür. Bu gün Azərbaycan qlobal məsələlərin həllində iştirak edən dövlətə çevrilib. Prezident İlham Əliyev oktyabr ayı ərzində ümumilikdə 4 sammitdə iştirak edib.
Bu tədbirlərin hər biri müxtəlif coğrafiyalarda keçirilib və həmin tədbirlərdə qlobal geosiyasi proseslər diqqət mərkəzində olub. Belə ki, istər Avropa Siyasi Birliyinin sammiti, istər Türk Dövlətləri Təşkilatının zirvə görüşü, həmçinin MDB dövlət başçılarının sammiti, ardınca isə Qəzza sammitində Azərbaycan da iştirak etdi. Nəzərə alsaq ki, bu topantıların hər biri həssas coğrafiyalarda müxtəlif qlobal mövzuların müzakirəsinə həsr olunmuşdu, bu, geosiyasi proseslərdə Azərbaycanın da mövqeyinin qəbul olunması deməkdir.
Xüsusilə uzun illərdir davam edən Yaxın Şərqdə müharibənin bitməsi, humanitar böhrana son qoyulması Azərbaycanın da həssaslıqla yanaşdığı məsələdir. Cənubi Qafqazda separatizmin, işğalın kökünü kəsən Azərbaycan digər münaqişə bölgələrində də sabitliyin, təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Prezident İlham Əliyevin bütün platformalarda yüksək səviyyədə qəbul olunması, xüsusilə də Misirdə ABŞ Prezidenti Donald Trampla görüş, həmçinin ABŞ dövlət başçısının Bakı ilə İrəvan arasında sülh mövzusunu yenidən gündəmə gətirməsi Azərbaycana olan etimadın göstəricisi idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















