Icma.az
close
up
RU
DTA tabeliyindəki qoruqları ziyarət edənlərin sayında 35 faiz artım olub Doğru Xəbərlər

DTA tabeliyindəki qoruqları ziyarət edənlərin sayında 35 faiz artım olub Doğru Xəbərlər

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqları və muzeylərin 2024-cü ildə ziyarət edənlərin sayında 35 faiz artım olub.

Hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Eləcə də yerli və xarici ziyarətçilər üçün “Kiş” Tarix-Memarlıq Qoruğunun tərkibindəki Alban Məbədinə, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibində olan Xan Sarayına, Şəkixanovlar evinə, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə, Şəki Dövlət Rəsm Qalereyasına, həmçinin “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində yerləşən Lahıc Tarix-Diyarşünaslıq muzeyinə, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyinə və yalnız xarici vətəndaşlar üçün “Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür.

Qeyd olunan qoruq və muzeyləri 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 35 faiz artaraq 663 459 nəfər (460 331 nəfəri xarici vətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib. Əvvəlki illərdən fərqli olaraq 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib və bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub.

Qeyd edək ki, məktəblilər, əlillər və müharibə veteranları, şəhid ailələri və 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər. 2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib.

Ümumilikdə 2024-cü ildə bilet satışından əldə olunan 5 786 259 manat vəsaitin 866 205 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib. Bununla da 2023-cü ilə nisbətən əldə edilən gəlirlərin məbləğində 72 faizdən çox artım qeydə alınıb.

Eləcə də 13 iyun 2024-cü il tarixindən yerli və xarici turistlərin istifadəsinə verilən Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edən 22 352 nəfərin 88 faizini əcnəbilər təşkil edib. Kompleks 2024-cü ildə bilet satışından 310 829 manat vəsait əldə edib ki, bundan da 47 414 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib.

Qeyd edək ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat (Palçıq Vulkanları Turizm Kompleksində 5 manat), tələbələr üçün 1 manat (Palçıq Vulkanları Turizm Kompleksində 3 manat) təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 5-15 manat arasında dəyişir.

Ziyarətçilərin rahatlığının və bilet satışının effektivliyinin təmin edilməsi üçün biletlərin satışı kompleks, qoruq və muzeylərdə olan müvafiq kassalarla yanaşı, iticket.az onlayn platforması üzərindən də həyata keçirilir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://dogru.az
archiveBu xəbər 21 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri