Icma.az
close
up
RU
Qoruqları ziyarət edənlərin 70 faizi əcnəbilərdir

Qoruqları ziyarət edənlərin 70 faizi əcnəbilərdir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 663 459 nəfər (460 331 nəfəri xarici vətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

O bildirib ki, əvvəlki illərdən fərqli olaraq, 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib.

“Bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub

Qeyd edək ki, məktəblilər, əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər. 2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib”.

Sədr qeyd edib ki, 2025-ci ilin ilk üç ayı ərzində isə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini, o cümlədən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Dövlət Rəsm Qalereyası, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix Diyarşünaslıq Muzeyi, “Diri baba” türbəsi və Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 123 761 xarici, 30 430 yerli turist bilet alaraq ziyarət edib.

“2025-ci ilin birinci rübünün bu göstəriciləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, ümumi turistlərin sayında 73 faiz, sadəcə xarici turistlərin sayında isə 99 faiz artım deməkdir”, - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri