Icma.az
close
up
RU
Dünən erkən yaşda evləndirilən azyaşlı qızın toyuna yığışan qohumlar, bugün yasına gəlir... Video

Dünən erkən yaşda evləndirilən azyaşlı qızın toyuna yığışan qohumlar, bugün yasına gəlir... Video

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən həftələrdə Sabirabadda baş verən qətl hadisəsi, sözün əsl mənasında bütün ölkəni silkələdi. Saytlar yazırdı ki, 16 yaşlı qızı 21 yaşlı sevgilisi bıçaqla qətlə yetirərək, Kürə atıb. Sonra məlum oldu ki, qızı öldürən sevgilisi deyil, həyat yoldaşı imiş. Qızı ötən il 15 yaşı olanda ərə verirlər. Bir il sonra qız qətlə yetirilir və çaya atılır. Valideynləri çıxıb gözyaşı ilə danışır, qatilin cəzalandırılmasını tələb edirdilər. Bu məqamda bir anlıq sual yaranır: Qızı 15 yaşında ailə həyatı qurmağa niyə vadar edirdiniz ki? Qız yükü duz yükü? Qurtuldunuzmu qızınızdan?!

Təəssüf olsun ki, bəzi valideynlər sağ ikən yanlarında olan qızlarının dəyərini bilmirlər. Kimliyini bilmədikləri şəxsə ərə verirlər, bircə "yük"ün ağırlığını çiyinlərindən atsınlar deyə. Sonu faciə ilə nəticələnəndə başlarına-gözlərinə döyür, qatil axtarır, cəza tələb edirlər. Qatil tapılacaq, cəzalandırılacaq. Bəs qızlarını erkən yaşda nikaha məcbur edən valideynləri kim cəzalandıracaq? Hüquq? Bəzən hüquq da bu kimi hallara göz yumur. Elə valideyn kimi... Zərəri erkən yaşda nikaha məcbur edilib, öldürürlən uşaqlar çəkir.

Vaxtında qız uşaqlarının qədrini bilmək, onları nikaha deyil, təhsilə məcbur etmək lazımdır. Sonrakı peşmançılıq isə fayda verməz...

Ötən günlərdə televiziya kanallarının birində aparıcı deyir ki, “qadını özbaşına buraxmaq olmaz, buraxdınsa evin yıxıldı”. Sanki qadın təhlükədir, sanki qadın əşyadır...

Danışanda, atalar demişkən ağzımıza “çullu dovşan sığmır”. Qadın hüquqlarının yüksək səviyyədə qorunmasından danışır, susmaq da bilmirik. Bəlkə də doğru yerdə danışmırıq, yanlış yerdə susuruq. Nəticə göz önündədir...

Son zamanlar müşahidə etdiyim odur ki, cəmiyyət olaraq, qızlara qarşı sanki bir aqresiya var. Bəlkə də bu səbəbdəndir ki, qadın qətlləri, qadın intiharları artmaqda davam edir.

Uğurlarımıza barmaqarası baxıb, “kiminsə sayəsində əldə edib” deyə bizim bacarıqlarımızı aşağılayan və boşanmış qadına “ikinci əl” əşya kimi davranan insanlarla eyni cəmiyyətdə yaşamaq o qədər utancvericidir ki...

Bilirəm ki, onsuz da bu yazıda yazılanlar çoxlarının maraq dairəsində deyil. Atalar demişkən “dəyirman öz işində, çax-çax baş ağrıdır”... Amma yazmaq, düşündüklərini söyləyə bilmək az da olsa, insanı sakitləşdirir...

Bəzən düşünürəm ki, yaxşı ki, qızım yoxdur, yoxsa tək ana olaraq, onu bu cəmiyyətdə necə böyüdərdim?

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyun 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri