Dünya Badminton Federasiyasının yeni sistemi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dünya Badminton Federasiyası (BWF) üzv federasiyalar üçün məlumat sessiyaları keçirib. Federasiyalara yeni 3×15 hesab sistemi barədə izah verilib. Bu məsələ Dünya Badminton Federasiyasının İllik Ümumi Yığıncağında səsverməyə çıxarılıb.
Azərbaycan Badminton Federasiyasından verilən məlimata görə, BWF üzvləri bu sistemi təsdiqləyib. Yeni formatın 4 yanvar 2027-ci ildən tətbiq olunması planlaşdırılır.
3×15 hesab sistemi təklifi badmintonda mövcud 3×21 formatının əvəzinə setlərin 15 xala qədər oynanılmasını nəzərdə tutur. Məqsəd oyunların daha dinamik, qısa və tamaşaçılar üçün daha cəlbedici olmasına nail olmaqdır.
BWF bununla bağlı təqdimat slaydları, rəsmi hesabatlar və digər məlumat materiallarını üzv assosiasiyalar üçün əlçatan edib.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 27 Aprel 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















