Icma.az
close
up
RU
Dünya Bankı Azərbaycanın məhkəmə sistemi üçün növbəti islahatları açıqlayıb

Dünya Bankı Azərbaycanın məhkəmə sistemi üçün növbəti islahatları açıqlayıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya Bankının Azərbaycanda "Məhkəmə xidmətləri və ağıllı infrastruktur" layihəsinin növbəti mərhələsi rəqəmsallaşmanın dərinləşdirilməsi olacaq.

525.az "Report"a istinadən xəbər verir ki, IT həllərinin, xüsusilə şəffaflıq və səmərəlilik sahəsində uğurlu tətbiqi məhkəmə sisteminin daha ağıllı və məlumatlara əsaslanan idarə olunması üçün süni intellekt və biznes analitikası alətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayır.

Bank hesab edir ki, layihə Azərbaycanın məhkəmə sisteminə transformativ təsir göstərib və hərtərəfli islahatlar üçün zəmin yaradıb. Məhkəmə infrastrukturu səmərəliliyin və şəffaflığın artırılması məqsədilə modernləşdirilib.

"2014-2024-cü illər ərzində 6 regionda əməkdaşların işi və vətəndaşlara xidmət üçün müasir şərait təmin edən 12 yeni məhkəmə kompleksi tikilib. Bundan əlavə, məhkəmə sisteminin məlumatlarının etibarlı saxlanmasını və qorunmasını təmin edən beynəlxalq səviyyəli (“Tier 3”) iki data mərkəzi yaradılıb. Məhkəmə xidmətlərinə çıxışı əhəmiyyətli dərəcədə asanlaşdıran elektron məhkəmə (“e-court”) sistemi tətbiq edilib”, - hesabatda bildirilib.

Bankın məlumatına görə, 2023-cü ildə “e-court” platformasının tam şəkildə tətbiq edilməsindən sonra hakimlər 3 dəfə çox işə baxıblar, təxminən 70 min vətəndaş hüquqi yardım alıb. Əhalinin məhkəmələrdən məmnunluq səviyyəsi 44,6 %-dən (layihənin başlanğıcında) 69,3 %-ə yüksəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, rəqəmsal platforma biznesin məhkəmələrə daha tez və daha az xərclə müraciət etməsinə imkan yaradıb.

"Bu, məhkəmə xidmətlərinin səmərəliliyini artırıb və rəqəmsal transformasiyanın uğurlu nümunəsi olub. İqtisadi baxımdan, belə həllər biznesə hüquqi prosedurlarla bağlı xərcləri azaltmağa kömək edir", - sözləri Bankın hesabatında qeyd olunan V.Qasımlı bildirib.

Dünya Bankının qiymətləndirmələrinə görə, son on ildə məhkəmə xidmətlərinə tələbat 10 dəfə artıb: mülki və kommersiya işlərinin sayı 2023-cü ildə təxminən 240 minə yüksəlib. Bu göstərici 2010-cu ildə 22 min təşkil edib. Bildirilib ki, əvvəllər islahatlara gecikmələr, infrastruktur və resursların çatışmazlığı, həmçinin zəif rəqəmsallaşma mane olurdu: “Lakin texnologiya və kadrlara investisiyalar sayəsində sistemin məhsuldarlığı əhəmiyyətli dərəcədə artıb. İndi məhkəmələr işlərə orta hesabla 119 gün ərzində baxırlar, halbuki əvvəllər bu müddət 187 gün təşkil edirdi”.

Layihənin uğurlu olmasının əsas amillərindən biri Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, məhkəmə orqanları və hüquq ictimaiyyəti arasında sıx əməkdaşlıq olub. Xüsusi diqqət institusional potensialın gücləndirilməsinə və yeni rəqəmsal həllərin səmərəli tətbiqi üçün kadrların hazırlanmasına yönəldilib.

İslahatlar dövlətin fəal müdaxiləsinə yönəlmiş inkişaf modelindən, dövlət sektorunun iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi yox, dayanıqlı və inklüziv inkişaf üçün şərait yaradan fasilitator rolunda çıxış etdiyi modelə keçid strategiyasının bir hissəsi olub.

Dünya Bankı ayrıca vurğulayıb ki, layihə 2016-cı ildə işlərin sayının kəskin artımı (470 minə qədər, bu da hazırkı həcmdən iki dəfə çoxdur) ilə başa çıxmağa kömək edib. Bu isə manatın devalvasiyasının nəticələri və borc mübahisələrinin artması ilə bağlı olub. Cavab tədbiri kimi belə işlərin onlayn şəkildə işlənməsi sistemi tətbiq edilib ki, bu da hakimlərin yükünü azaltmağa və prosesi sürətləndirməyə imkan verib.

Qeyd edək ki, layihə ilkin 100 milyon ABŞ dolları məbləğində kredit 2014-cü il oktyabrın 22-də imzalanan saziş əsasında ayrılıb. 2020-ci il martın 26-da isə Dünya Bankı layihənin davam etdirilməsi və genişləndirilməsi üçün əlavə 50 milyon ABŞ dolları ayırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri