Icma.az
close
up
RU
Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 iyun, AZƏRTAC

Hörmüz boğazının açılması barəsində ABŞ ilə İran arasında əldə olunan razılaşmadan sonra Qətər şirkətləri müharibədən əvvəl limanlardan çıxan və boğazın bağlanması ilə əlaqədar olaraq geri qayıda bilməyən qaz tankerlərini geri çağırıb.

AZƏRTAC xəbər verir ki, Qətərdən sıxılmış qaz (LNG) daşıyan tankerlər ixrac olunan qazı Avropanın qaz anbarlarına ötürdükdən sonra qayıda bilməyərək müxtəlif liman və terminallarda gözləmə mövqeyində dayanmışdılar.

Oman sahilində qalan 4 qaz tankeri bu gün Qətərə doğru üzməyə başlayıb. Hörmüz boğazının açılması neft ilə yanaşı dünya bazarında qazın da qiymətinə təsirsiz ötüşməyəcək. Yay mövsümü ilə əlaqədar hələlik qiymətlər sabitdir. Hazırda Niderlandın TTF habında 1000 kibmetr qazın qiyməti 480, ABŞ-ın “Henri Hub” habında isə 135 dollara satılır.

Mütəxəssislərin fikrincə, Körfəzdə yaranan sabitlikdən sonra ilk qaz tankerinin Avropaya çatması ilə yanaşı qiymətlərdə enmə müşahidə olunacaq. Bir məsələni qeyd etmək lazımdır ki, kəmər vasitəsilə Avropaya daxil olan təbii qazın qiyməti ilə LNG-nin qiyməti fərqlənir ki, bunun da əsasında nəqliyyat məsələsi dayanır. Rusiyadan kəmər vasitəsilə Avropaya daxil olan qazın qiyməti ucuz başa gəlirdi. Lakin Ukrayna müharibəsindən sonra Rusiyadan qaz almaqdan imtina edən Avropa ABŞ-dən LNG almağa başladı. ABŞ şirkətləri isə bazarda alternativ olmadığına görə qiymətləri qaldırdılar.

Bu gün isə Qətərin yenidən bazara sıxılmış qaz ixracı qiymətlərdə dəyişiklik olacağını deməyə əsas verir. Lakin Hələlik Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə başlanılıb ki, bu da tez bir zamanda başa çatan məsələ deyil. Ehtimal olunur ki, Avropadakı qaz anbarları yay mövsümü boyunca 100 faiz doldurular və qarşıdakı qış mövsümündə yüksək qiymət artımı müşahidə olunmaz. Hörmüzün açılması bazarın tələb və təklif balansının bərabərlə olmasına imkan verir ki, bu da qiymətlərin sabit qalmasını şərtləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri