Icma.az
close
up
RU
Dünya Bəşər Əsədin milyardlıq imperiyasının ovuna başlayıb The Wall Street Journal

Dünya Bəşər Əsədin milyardlıq imperiyasının ovuna başlayıb The Wall Street Journal

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bəşər Əsəd Suriyadan qaçan zaman dövlət xəzinəsindən 135 milyard dollar vəsait aparıb və dünyanın ən zəngin "qaçqınına" çevrilib..."

Suriyada diktator Bəşər Əsəd ailələrinin gizlədilmiş milyardlarla dollarının qlobal ovu başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Məqalədə deyilir ki, bu, onun rejiminin bu yaxınlarda üsyançıların fəal hücumları nəticəsində süqutundan sonra mümkün olub.

Bu vəsaitlərin təqib edilməsi digər diktatorların xaricdə gizlədilən sərvətlərinin uzun illər ərzində geri qaytarılması cəhdləri nəzərə alınmaqla, ehtimal ki, mürəkkəb və uzunmüddətli olacaq, nəşr yazıb.

Analitiklər qeyd edir ki, Əsəd ailəsi Hafiz Əsədin 1970-ci ildə hakimiyyətə gəldiyi zamandan mürəkkəb investisiyalar və biznes-aktivlər şəbəkəsini yaradıb. Amerikanın sabiq məmurları nəşrə deyib ki, Bəşər Əsədin yaxın qohumlarının əldə etdikləri arasında Rusiyada daşınmaz əmlak, Vyanada (Avstriya) butik-mehmanxana və Dubayda (BƏƏ) özəl təyyarə də var.

Hal-hazırda hüquq müdafiəçiləri olan hüquqşünaslar bu aktivləri izləməyi və Suriya xalqına qaytarmağı planlaşdırır. "Rejimin aktivlərinə beynəlxalq səviyyədə ov ediləcək. Onların hər zaman "B" planı olub, ona görə də onlar indi sürgünə yaxşı hazırlaşıb", - bunu Ağ Evin sabiq məmuru Endrü Teybler izah edib.

Diktator Bəşər Əsəd müxalif qüvvələr sürətlə Dəməşqi ələ keçirən zaman dekabrın 8-də Suriyanı tərk edib, bununla da onun 24 illik rejiminə son qoyulub. Atası kimi onun özü də fəal şəkildə qohumlarını aktivlərinin xaricdə gizlədilməsinə cəlb edib. Bu sərvətin dəqiq miqdarı bəlli deyil, lakin ABŞ Dövlət Departamentinin 2022-ci il üçün hesabatına görə, bu sərvət 12 milyarda çata bilər.

Əsəd və qohumları öz sərvətlərini inhisarçılıq və qanunsuz ticarət, o cümlədən kaptaqon narkotik alveri vasitəsilə əldə edib və vəsaitlərin bir hissəsini beynəlxalq hüquqa şamil edilməyən yurisdikdsiyalara yenidən investisiya edib.

Eyni zamanda 2011-ci ildə başlanan vətəndaş savaşından əzab çəkən suriyalılar yoxsulluğa düçar edilib. Dünya Bankının 2022-ci ildə dəyərləndirməsinə görə, ölkə əhalisinin təxminən 70 faizi bu şəraitdə yaşayıb.

Nəşr yazır ki, diktatorun əsas şəxsləri arasında onun həyat yoldaşı seçilir, o, "JPMorgan" bankının sabiq əməkdaşı olaraq fəal şəkildə ailənin maliyyə əməliyyatları ilə məşğul olub. "Hakim ailə maliyyə cinayətlərində olduğu kimi, cinayət zorakılığında da ekspert olub", - bunu KİV-lərə şərhində vəkil Tobi Kedman bəyan edib.

Əsəd ailəsinin aktivlərini dondurmaq cəhdləri bir neçə il öncə başlayıb. O cümlədən, 2019-cu ildə Paris məhkəməsi Bəşər Əsədin dayısı Rüfətə məxsus olan və dövlət vəsaitlərinin yuyulması hesabına əldə edilən 90 milyon avro məbləğində əmlakını bloklayıb. Lakin Dubay və ya Rusiya kimi "vergi limanlarından" aktivlərin qaytarılması daha mürəkkəb məsələ hesab edilir.

Nəşr qeyd edir ki, Əsəd klanının aktivləri avtokratik hakimiyyətin onillikləri ərzində  toplanılıb. Ailə daşınmaz əmlak, mehmanxanalar və hətta Argentinada çay plantasiyalarına investisiya yatırıb. Bir çox aktivlərə saxta şirkətlər vasitəsilə nəzarət edilib, bu da onların izlənilməsini çətinləşdirir. Sanksiyalar və beynəlxalq araşdırmalara rəğmən, Əsəd ailəsinin bir çox üzvlərinin harada olduğu bəlli deyil.

İnsan haqları üzrə vəkil Uilyam Burdon bəyan edib ki, onlar "bu pulları Suriya xalqına qaytarmağa borcludur". Eyni zamanda qeyd edilir ki, bəzi suriyalılar bunu öz üzərinə götürərək Bəşər Əsəd ailəsinin mülklərini, o cümlədən lüks avtomobillər və incəsənət əsərləri olan qarajlarını talan etməyə başlayıb.

Xəbər verildiyi kimi, Suriya diktatoru Bəşər Əsəd Rusiyaya qaçan zaman özü ilə dövlət xəzinəsindən 135 milyard dollar vəsait aparıb, bu da onu dünyada ən zəngin "qaçqına" çevirib. O, Ukraynanın 40 milyard dollar oğurlayan sabiq prezident Viktor Yanukoviçi geridə qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri