Icma.az
close
up
RU
Dünya bu gülüşə heyran idi… Heç evlənmədi, öz özü ilə qocaldı (FOTO)

Dünya bu gülüşə heyran idi… Heç evlənmədi, öz özü ilə qocaldı (FOTO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən axşam yayılan ölüm xəbəri kino dünyasını yasa qərq etdi. Zaman keçsə də, onun "yaşsız ulduz” olduğu söylənirdi və bir çoxları "ölüm ona yaraşmazdı” deyirdi.

Qaynarinfo xəbər verir ki, Hollivudun ən istedadlı aktrisalarından biri sayılan, Oscar mükafatlı əfsanəvi aktrisa Dayan Kiton 79 yaşında vəfat edib. Onun qəfil ölümü həm sənət yoldaşlarını, həm də milyonlarla tamaşaçısını sarsıdıb.

Məlumata görə, Ketonun ciddi xəstəliyi olmasa da, son aylarda səhhəti qəfil pisləşmiş və bunu yalnız ailəsi ilə bölüşmüşdü. Hətta yaxın dostları belə onun vəziyyətindən xəbərsiz idi.

Son paylaşımında gülümsəyirdi

Dayan Keton sosial mediada çox aktiv olmasa da, ölümündən az əvvəl itlə çəkilmiş bir fotosunu paylaşmış və bu paylaşımda xoşbəxt görünmüşdü.


Aktrisa ilk dəfə 1970-ci ildə kamera qarşısına keçmiş, sonuncu filmini isə ötən il çəkmişdi. Sənətə və aktyorluğa olan sevgisini ömrünün sonuna qədər qoruyub saxlamışdı.

Keton müxtəlif rollarda çıxış edib, həm dramatik, həm də komik obrazlarla tamaşaçının yaddaşında qalıb. O, fərqli geyim tərzi – şlyapaları və kişi tərzində kostyumları ilə də Hollivudun simvollarından birinə çevrilmişdi.


Anni Holl rolu ilə zirvəyə yüksəldi

"Xaç atası” (The Godfather) trilogiyasında rol aldıqdan sonra 1977-ci ildə Vudi Allenin "Anni Holl” filmi ilə Oscar qazanan Dayan Keton, bu obrazla dünya şöhrəti qazanmışdı.

O, müsahibələrinin birində belə demişdi: "Yaxşı insanların deyil, qüsurları olub yenə də yaxşı qalmağa çalışan insanların rollarını oynamayı sevirəm".


Böyük eşqlər və uzun bir tənha dövr

Keton karyerası boyunca Hollivudun üç nəhəngi — Vudi Allen, Al Paçino və Uorren Beyti ilə eşq münasibətləri yaşamışdı. Lakin sonradan bu münasibətlər dostluqla davam etmişdi.

O, son 35 ilini isə tamamilə tənha keçirmişdi. 2019-cu ildə verdiyi müsahibədə bunu belə izah etmişdi: "Uzun zamandır həyatımda romantika yoxdur. 35 ildir heç kimlə görüşə çıxmamışam".


"Evlənməmək mənim seçimim idi"

Dayan Keton heç vaxt evlənməyib və bununla fəxr etdiyini açıq şəkildə dilə gətirib:

"Fikrimcə, qəribə biriyəm. Heç vaxt evlənmədim, amma bundan peşman deyiləm. Mənim üçün evlilikdən çox analıq hissini yaşamaq vacib idi. Düşünürəm ki, evlənməməyim düzgün qərar idi".

O, gənclik illərində Hollivudun tanınmış kişilərinə aşiq olduğunu etiraf etsə də, sonradan bu münasibətlərin özünə uyğun olmadığını söyləmişdi:

"Gənc olanda bu parlaq insanlardan sevilməyi gözləyirdim. Amma eyni sənətdə olan iki insan üçün bu, heç də yaxşı deyil. Mənə sadəcə yaxşı bir insan – ailə dəyərlərinə sahib biri lazım idi".


50 yaşından sonra ana oldu

Aktrisa 50 yaşında iki uşaq – qızı Dekster (1996-cı il təvəllüdlü) və oğlu Dyuk (2001-ci il təvəllüdlü) – övladlığa götürüb onları tək böyütmüşdü.

"Analıq mənim içimdə qəfil yaranan bir hiss deyildi, bu qərara çox düşünərək gəldim”, deyə o, bir müsahibəsində bildirmişdi.


60 illik karyeranın sonunda

Dayan Keton 79 yaşında vəfat etsə də, arxasında 60 illik parlaq bir karyera, saysız filmlər, eləcə də zəkası, mülayimliyi və özünəməxsus ruhu ilə formalaşdırdığı unikal bir miras qoydu. O, həyatı boyu "öz şərtlərinə görə yaşayan qadın” kimi yadda qaldı.

Aydın





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri