Dünya ÇALXALANIR Bu ölkə HƏRƏKƏTƏ KEÇDİ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Şimali Koreya Koreya yarımadası və ətrafında gərginliyi artıracaq növbəti addımı atıb.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının yaydığı açıqlamada bildirilib ki, Pxenyan yerli vaxtla saat 15:00 radələrində ölkənin Vonsan bölgəsindən Şərq dənizi (Yapon dənizi) istiqamətinə ballistik raket buraxıb.
Cənubi Koreya ordusundan bildirilib:
“Ordumuz mümkün yeni raket sınaqlarına qarşı yüksək hazırlıq vəziyyətindədir”.
Şimali Koreyanın raket sınağını Yaponiya hökuməti də təsdiqləyib.
Şimali Koreya bundan əvvəl sentyabrın 12-də ölkənin Vonsan bölgəsindən Yapon dənizi istiqamətinə çoxsaylı qısa mənzilli ballistik raketlər buraxmışdı. Həmin sınaq ABŞ, Cənubi Koreya və Yaponiyanın bölgədə keçirdiyi birgə “Freedom Edge” hərbi təliminə cavab olaraq Pxenyanın güc nümayişi kimi şərh edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 20 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















