Icma.az
close
up
RU
Dünya çempionatına necə baxmacağıq? Gecə saat 02:00, 05:00 da canlı yayım...

Dünya çempionatına necə baxmacağıq? Gecə saat 02:00, 05:00 da canlı yayım...

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə 2026-cı il Dünya çempionatının ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə Şimali Amerika qitəsində təşkil olunması Yer kürəsinin digər nöqtələrində, xüsusən də Azərbaycanda yaşayan milyonlarla azarkeş üçün ciddi zaman sınağına çevrilir.

Turnirin keçiriləcəyi nəhəng coğrafiya Sakit okeandan Atlantik okeanına qədər bir neçə fərqli saat qurşağını əhatə etdiyi üçün oyunların yerli vaxtla günorta və axşam saatlarında baş tutması Bakı vaxtı ilə gecə yarısına və səhərə təsadüf edir.

 Azərbaycanlı futbolsevərlər üçün matçların yayım qrafiki Bakı vaxtı ilə axşam saat 20:00 və 23:00-da başlasa da, qrup mərhələsinin və pley-off mərhələlərinin bir çox önəmli qarşılaşmaları gecə saat 02:00, 05:00, hətta səhər 07:00 və 08:00 kimi olduqca əlverişsiz vaxtlarda start götürəcək. Bu nəhəng zaman fərqi futbol azarkeşlərinin gündəlik həyat ritmini alt-üst etməklə yanaşı, bir sıra sosial və fiziki problemləri də bərabərində gətirir. pizza

Mövzu ilə bağlı mundialın ölkəmizdəki yayım hüququna malik İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov “Yeni Sabah”a bildirib ki, qarşılaşmaların əlverişsiz saatlarda baş tutması kanalda nəzərə alınıb:

“Dünya çempionatının Bakı vaxtı ilə gecə saatlarında keçiriləcək qarşılaşmaların növbəti gün günorta saatlarında təkrarı nəzərdə tutulur. İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq, Azərbaycan tamaşaçısına mundialın açılış matçından final oyununa qədər bütün 104 qarşılaşmanı canlı yayımlayacağıq.

Bütün oyunların geniş icmalı operativ şəkildə İctimai TV-nin rəsmi “YouTube” kanalında yerləşdiriləcək. “Youtube”la bəzi qarşılaşmaların canlı yayımları da olacaq. Eyni zamanda, kanalın efirində hər gün günorta saatlarında həmin gecə keçiriləcək oyunların geniş icmalı təqdim ediləcək. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, azarkeşlər məlum zaman fərqinə görə matçlardan uzaq düşməsinlər”.

Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri