Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Final görüşündə zəif çıxış etdiyim üçün qızıl medalı əldən verdim. Nəticə hər şeyi aydın şəkildə ortaya qoyur, əlavə sözə və ya bəhanəyə gərək yoxdur. İkinci yeri tutdum və özümə başqa qiymət verə bilmərəm. Görüşdə sadəcə rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Gələcək planlarından söz açan idmançı bir qədər istirahətə ehtiyacı olduğunu vurğulayıb: “Hələ ki, gələcəklə bağlı böyük planlarım yoxdur. Bir qədər dincəlmək, hər şeyi yenidən təhlil etmək və gözdən keçirmək istəyirəm. İndi konkret bir söz demək çətindir”.
Qeyd edək ki, mundiala oktyabrın 11-də yekun vurulacaq.
Fotoqraf - Azər İbrahimov
Operator - Mirrəsul Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Oktyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















