Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Dünya parçalanır və yeni nizam qurulur? Azərbaycanın prosesdə aparıcı rolu

Dünya parçalanır və yeni nizam qurulur? Azərbaycanın prosesdə aparıcı rolu

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Donald Tramp prezident seçiləndən sonra ABŞ-nin hazırkı siyasətinin beynəlxalq müttəfiqlərlə münasibətlərinə təsiri müxtəlif sahələrdə özünü göstərməyə davam edir. Xüsusən də yeni tariflər və proteksionizm (idxal olunan mallara görə tariflər) ABŞ-nin müttəfiqləri (Kanada, Avropa İttifaqı, NATO, Yaponiya, Böyük Britaniya və s.) ilə ticarət münasibətlərində gərginlik yaradır. Müttəfiqlər bu addımları "ticarət müharibəsi"nin başlanğıcı kimi qəbul edir və əks addımlarla cavab verirlər. Bu da qarşılıqlı inamı zəiflədir.

ABŞ-nin müxtəlif bölgələrdə hərbi əməliyyatları bəzi müttəfiqlərini narahat edir. Çünki bu əməliyyatlar beynəlxalq hüquqa və BMT mexanizmlərinə əsaslanmadan həyata keçirilir. NATO daxilində də bəzi Avropa ölkələri ilə fikir ayrılığı artır. ABŞ-nin müstəqil qərarlar verməsi koalisiya əməkdaşlığını zəiflədir. Vaşinqtonun iqlim razılaşmalarına, BMT-yə və digər qlobal təşəbbüslərə qarşı skeptik yanaşması, beynəlxalq liderlik nüfuzunu da azaldır. Çünki müttəfiqlər ABŞ-ni daha çox "öz maraqlarını qoruyan" və "kooperasiyadan uzaqlaşan" tərəf kimi qiymətləndirirlər. Trampın və digər siyasətçilərin sərt ritorikası, diplomatik tondan uzaq çıxışları ABŞ-yə qarşı olan siyasi inamı zəiflədir. ABŞ-nin "ənənəvi lider" obrazı zədələnir və müttəfiqlər yeni güc mərkəzlərinə daha çox meyl edə bilərlər.

Əlaqələrin tam kəsilməsi ssenarisi

Reallıqda əlaqələrin tamamilə kəsilməsi nisbətən mümkün görünmür. ABŞ dünyanın ən böyük iqtisadi və hərbi güclərindən biridir. NATO, BMT, G7, Dünya Bankı kimi təşkilatlarda hələ də lider rolundadır. Müttəfiqlərin çoxu ABŞ-dən strateji asılılıqdadırlar (enerji, müdafiə, texnologiya, bazar girişləri). Yəni müttəfiqlər narazı ola bilər, amma tam qopma sadalanan faktlara görə çox nadir ehtimaldır.

ABŞ-nin təsir dairəsində qalmağa davam etmək

ABŞ iqtisadi və texnoloji baxımdan super gücdür. Ticarət, müdafiə müqavilələri və təhlükəsizlik zəmanətləri bir çox ölkəni və ittifaqı bu baxımdan ABŞ-nin orbitində qalmağa məcbur edir. Həmin müttəfiqlərin Vaşinqtondan uzaqlaşması onları təhlükəsizlik boşluğuna sala bilər.

Çoxqütblü dünyaya keçid

Bu, getdikcə güclənən və ən optimal bir ehtimaldır. Bəzi təşkilat və ölkələrin müstəqil siyasət yürütməsi, hətta bəzi proseslərdə artıq söz sahib olması faktdır. Yəni bəzi müttəfiqlər nə tam qopacaq, nə də tam tabe olacaq - öz maraqları çərçivəsində balanslı münasibətlər quracaqlar. Yəni əlaqələrin tam kəsilməsi real deyil, amma şərtsiz tabeçilik dövrü də bitmək üzrədir. Dünya daha çox çoxqütblü, praqmatik və daha az asılı münasibətlərin qurulduğu bir fazaya keçir.

Azərbaycanın rolu

Dünyada gərginliyin artdığı bir dönəmdə Azərbaycanın sabitlik nümunəsi olması aparılan siyasətin nəticəsidir. Bakı artıq beynəlxalq səhnədə təşəbbüskar bir dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində yeni dünya nizamında Cənubi Qafqazın yeri və Azərbaycanın rolu barədə təhlili bu mənada çox diqqətəlayiqdir. Dövlət başçısı bildirdi ki, əslində, biz bu prosesin fəal iştirakçısı olmalıyıq:

"Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır. Amma mən bilirəm ki, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb, hər halda, yaxın və orta keçmişə nəzər salsaq. Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil. Baxın, indi yenə də Kanadaya qayıdırıq. Trampın bir sözü ilə Kanadanın Baş naziri istefaya getdi. Axı, Kanada Azərbaycandan 10 dəfə çox neft hasil edir - 300 milyon ton və əhalisi də cəmi 40 milyondur. Yəni 300 milyon ton, əgər başqa iqtisadiyyat olmasa belə, 40 milyonu 300 milyon tonla yola vermək olmaz? Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var. Yəni, mən nəyi deyirəm, baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq".

Mərahim Nəib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri