Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır.
Missiya.Az report-a istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində (AzTU) Fəxri Doktor Diplomunun təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, türk dövlətləri bir arada olmalı, həmçinin sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görülməlidir:
"Prezident İlham Əliyevin də dediyi kimi, türk dövlətləri bir-birinə sahib çıxmalıdır".
ŞKTC Prezidenti sabah İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşünə qatılacağını da xatırladıb:
"Zirvə görüşündə İƏT-in üzv ölkələri ilə başda turizm, ali təhsil və ticarətin inkişafı olmaqla, müxtəlif istiqamətlərdə əlaqələr quracağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 02 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















