Icma.az
close
up
RU
Dünyanı keçən əsrin Leninqradının qanunsuz “qayda”ları ilə idarə etmək olmaz ŞƏRH

Dünyanı keçən əsrin Leninqradının qanunsuz “qayda”ları ilə idarə etmək olmaz ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 iyun, AZƏRTAC

Çoxmillətli Sovet İttifaqı varisi Rusiyaya sanki 17 milyonluq ərazidən də daha böyük miras kimi böyük səhvləri qoyub getdi. Utopik sosializm ideyaları ətrafında ukraynalıları, gürcüləri, azərbaycanlıları, qazaxları, özbəkləri, qırğızları, türkmənləri və bir çox digər xalqları birləşdirərək, əslində isə dünya gücü olmaq üçün həmin xalqları hər mənada istismar edən Moskva indi də eyni yanlış hərəkətlərini təkrar etməkdədir. Həmin siyasətin davamıdır ki, bu, Rusiyanın ətrafında olan və vaxtilə onunla bir ittifaqı bölüşən qonşularla gündən-günə dərinləşən düşmənçiliklərə səbəb olub. Bu düşmənçiliyin mahiyyəti dünyanın ərazicə ən böyük dövləti olmasına baxmayaraq ən kiçik siyasət yürüdərək hər qonşudan bir qarış da olsa qoparmaq, olmasa da bir münaqişə yaradaraq onlara yara vurmaqdan ibarətdir. Bunun nəticəsidir ki, Moldovada, Gürcüstanda, Mərkəzi Asiya ölkələrində hər an bir partlayışa səbəb ola biləcək “mina”lar döşənib, Ukraynada isə böyük itkilər hesabına da olsa eyni proses bu gün də davam etdirilir. Bu o siyasətdir ki, dövlətlərlə deyil, materiklərlə sərhəd olacaq böyüklükdə bir dövlətin dünyada “izqoy”a çevrilməsinə gətirib çıxarıb. Artıq XXI əsr olmasına baxmayaraq adamlar anlamır ki, dünyanı keçən əsrin “Leninqrad” küçələrinin qanunsuz qaydaları ilə idarə etmək olmaz! O “qayda”larla Ukraynaya hücum edən Rusiya 40 aydan çoxdur ki, bir neçə günlüyə planlaşdırdığı “xüsusi əməliyyat”ını bitirə bilmir.

Bu fikirləri AZƏRTAC- açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib.

Politoloq qeyd edib ki, dünyanın ən zəngin təbii resurslarına malik ərazilərə sahib olub onların 10 faizindən belə faydalanmaq iqtidarında olmayan bir dövlətin daha böyük ərazilərə sahib olmaqla bağlı siyasəti ən yaxşı halda orta əsrlərin yanaşması ola bilər: “Bütün dünyanı rusafobiyada ittiham edən Moskva özü islamofobiyadan əziyyət çəkdiyini hər gün büruzə verməkdədir. Onun ekspansionist siyasətinə qarşı çıxan miqrantlara qarşı məhdudiyyətləri hər gün artırmaqla heç bir şey əldə edə bilməyəcəyini anlamaq istəmir.

Dünyanı irqçilikdə, milliyyətçilikdə ittiham edən Prezident Putin idarə etdiyi dövlətin ərazisində artıq bu cür ayrı-seçkiliyin rus modelini yaradıb. Müəmmalı Krokus hadisələrindən sonra bir neçə saat ərzində demək olar ki, bütün Rusiya ərazisində amansız əməliyyat keçirib hadisəyə aid olub-olmamasından asılı olmayaraq həbslər həyata keçirən Moskva nədənsə “AZAL”ın təyyarəsini vuranlara qarşı aylardan bəri susur. Sanki bununla göstərməyə çalışır ki, başının Ukraynadakı uğursuz “əməliyyat”a qarışmasına baxmayaraq 20 Yanvar, Xocalı cinayəti, ərazilərimizin 30 illik işğalı və digər vəhşilikləri düşünən zehniyyət hələ də öz ənənəsini unutmayıb.

Keçmiş Qarabağ münaqişəsini həll etməklə xalq və dövlət birliyini nümayiş etdirən Azərbaycana qarşı dövlət olaraq bir şey edə bilməyən Moskva çarəni öz ərazisindəki sıravi azərbaycanlıları hədəfə almaqda görür. Havada, quruda və ya hətta evində olsa belə adının qarşısında Azərbaycan və ya azərbaycanlı olduğuna görə hədəfə almağın adı hər dildə ksenofobiyadır!

Azərbaycan xalqının yaddaşı çox güclüdür və nə yaxşılığı, nə də pisliyi unutmur! Dövlətçilik adı altında Bakı küçələrindəki əliyalın xalqa qarşı ağır tanklarla hücum etməklə, erməni əsgərinin nimdaş mundirini geyinib bizə qarşı Xocalı kimi faciələri törətməklə, ərazilərimizi işğal etmək üçün düşməni patronuna qədər silahlandırmaqla, havasında mülki təyyarəni xalça-palaz oyunu ilə vurub başqa dövlətin ərazisində yerə düşürməklə, dövlətimizə qarşı gözəgörünməz kiberhücumları təşkil etməklə xalqımızı aldadacaqlarını düşünənlər başdan-ayağa yanılırlar! Xalqımız bu düşmən münasibəti heç vaxt unutmayacaq! Xüsusilə də onun ərazisində qonaq olan həmvətənlimizin hərəminə quldurcasına daxil olub, kişi, qadın demədən döyərək öldürən vəhşiliyi isə əsla!”, - deyə X.Bəşirli vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see163

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see138

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see135

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see129

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see129

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see126

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see122

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see121

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see120

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri