Icma.az
close
up
RU
Dünyanın ən bahalı stadionu: Dəyəri 1,75 milyard dollar olacaq

Dünyanın ən bahalı stadionu: Dəyəri 1,75 milyard dollar olacaq

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerika Beyzbol Liqasının (MLB) Qərb qrupunda mübarizə aparan "Oakland Atletiks" komandasının Las Veqasda tikilməsi planlaşdırılan yeni stadionunun dəyərinin 1,75 milyard dollar olacağı proqnozlaşdırılır.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, klub rəsmiləri əvvəllər stadionun 1,5 milyard dollara başa gələcəyini gözlədiklərini bildirmişdilər. Əvvəlki planlara əsasən, "proqram daxilindəki sabit xərclər" 1,45 milyard dollar, maliyyə xərcləri 52 milyon dollar, digər xərclər isə 248 milyon dollar təşkil etməli idi. Lakin artan xərclər səbəbilə əlavə büdcə tələb olunacaq.

Xərclər artaraq 1,75 milyard dollara çatıb

Komandanın əsas səhmdarı Con Fişerin müşaviri Sandi Din bildirib ki, artan xərclər komandanın məsuliyyətindədir və bu məsrəfləri əsasən Fişer ailəsinin əlavə töhfələri ilə qarşılamaq planlaşdırılır.

Nevada rəsmiləri ilə əməkdaşlıq edən Din deyib: "Stadionun artan xərcləri komandanın üzərinə düşür və bu məsrəfləri qarşılamaq üçün əsasən ailə vəsaitləri istifadə olunacaq".

Yenilənmiş xərclər cümə axşamı Las Veqas Stadion Administrasiyasına təqdim olunan sənədlərdə yer alıb. Bu sənədlərdə Fişerin imzaladığı və 2028-ci il mövsümünə hazır olacağı gözlənilən stadionun tikintisinə 1,1 milyard dollaradək sərmayə qoyulacağı bildirilən məktub da var.

Yeni rekord: dünyanın ən bahalı stadionu

Dünyanın ən bahalı stadionu hal-hazırda 1,6 milyard dollarlıq dəyəri ilə Nyu-York "Jets" komandasının MetLife Stadionudur. Lakin "Oakland Atletiks"in Las Veqas stadionu bu rekordu yeniləyəcək.

Açılış 2028-ci ildə planlaşdırılır

2025-ci ilin aprelində tikintisinə başlanması planlaşdırılan stadionun heç bir problem yaranmazsa, 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Reaksiya doğuran məhdudiyyətlər

ABŞ-da peşəkar idman komandalarının şəhər dəyişməsi adi haldır. Bu dəyişikliklər zamanı stadion inşası adətən yerli hökumətlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Oakland Atletiks" ilə Las Veqas rəhbərliyi arasında bağlanan 30 illik razılaşmaya əsasən, komanda stadion xaricində dörd ev oyunu keçirmək və hər hansı iki ardıcıl mövsümdə yeddi ev oyunundan çoxunu səfərdə oynamaq hüququna malikdir. Bu məhdudiyyət, daha əvvəlki razılaşma layihəsində qeyd olunan bəzi detallara görə narazılıq doğurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Dekabr 2024 05:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri