Icma.az
close
up
RU
Dünyanın ən böyük İKT infrastrukturu tələb edən konfransına hazırlıq necə görüldü? VİDEO

Dünyanın ən böyük İKT infrastrukturu tələb edən konfransına hazırlıq necə görüldü? VİDEO

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"COP-29 İT departamenti nəhəng infrastruktur kimi COP-29 tədbirini informasiya texnologiyaları, audiovizual avadanlıqlar və həllər, xüsusi işıqlandırma və videomüşahidə sistemləri ilə təmin edir".
Bu barədə COP-29 İT departamentinin direktoru Cavid Hüseynov detallı məlumat verib. COP-29 əməliyyat şirkətinin rəsmisi təmsil etdiyi komandaya yüksək keyfiyyətli xidmətin təminatı üçün Azərbaycanda və xaricdə keçirilən böyük tədbirlərin təşkilində təcrübəsi olan azərbaycanlı mütəxəssislərin cəlb edildiyini bildirib:
"Komandada texnologiya istiqamətində "Cisco", "Microsoft", "Xerox", "Barco", "Huawei", "Avigilon" və "HP" kimi aparıcı dünya şirkətləri yaxından iştirak edir. BMT-nin tələblərinə uyğun olaraq data mərkəzləri qurulub və fərqli istiqamətlərdən dayanıqlı və yüksəksürətli internet təmin edilib. Stadion sahəsi və yeni qurulmuş infrastruktur nəzərə alınaraq tədbir məkanında ümumilikdə 130 min m² ərazini əhatə edən simsiz və 6200-dən çox nöqtəni birləşdirən simli şəbəkə qurulub. Bu infrastrukturu ərsəyə gətirmək üçün isə 1100 km-dən çox kabel və optik xətlər çəkilib. 
Tədbir zamanı audiovizual həllər çərçivəsində ümumi sahəsi 700 m²-dən geniş videodivar qurulub. İştirakçı sayını nəzərə alaraq 3000-ə yaxın stolüstü mikrofon və 1000-ə yaxın monitor quraşdırılıb. Dünyanın müxtəlif nöqtələrindən gələn qonaqların rahat iştirakı üçün 8 dildə sinxron tərcümə sistemi təmin edilib".
Cavid Hüseynov, həmçinin peşəkar media tələblərinə uyğun olaraq professional işıqlandırma sisteminin quraşdırıldığını da sözlərinə əlavə edib. Onun bildirdiyinə görə, tədbir məkanında tələblərə uyğun olaraq süni intellekt əsaslı müasir kamera və müşahidə sistemi də qurulub:
"Tədbirdən 8 həftə öncə BMT tələblərinə uyğun olaraq İT infrastrukturunun və xidmətlərin sınaqları keçirilib və təsdiqlənib. Eyni zamanda informasiya texnologiyaları üzrə təqdim edilən xidmətlərin keyfiyyətinin 24/7 rejimində monitorinq edilməsi üçün Kibertəhlükəsizlik və Şəbəkə Əməliyyat Mərkəzi qurulub. Əminliklə deyə bilərəm ki, yaratdığımız İT infrastrukturu analoji dünyamiqyaslı tədbirlərdən müsbət mənada fərqlənir".
Sonda isə Cavid Hüseynov fikrini belə yekunlaşdırıb: "Qısa zamanda peşəkar komanda ilə belə nəhəng infrastruktur quraraq COP-29 ailəsinin parçası olmaqdan qürur duyuruq!"./Sfera.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri