Icma.az
close
up
RU
Dünyanın ən zəngin 10 ailəsi Görün nə qədər pulları var

Dünyanın ən zəngin 10 ailəsi Görün nə qədər pulları var

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın ən varlı ailələri müəyyən edildi. Əksəriyyəti üçüncü və dördüncü nəsildən böyük bir mirası qəbul edən bu ailələrin ümumi sərvətləri heyranlıq doğurur.
Milli.Az sektorlarda lider olan və qlobal iqtisadiyyata yön verən o ailələrin siyahısını təqdim edir:

1. Walton Ailəsi - ABŞ
Pərakəndə satış nəhəngi Walmart-ın sahibi olan Walton Ailəsi, 432,4 milyard dollarlıq sərvəti ilə siyahının zirvəsində yer alır. Ailə dünyanın ən böyük market zəncirlərindən birinin idarəsi ilə böyük bir sərvətə sahibdir.

2. Nahyan Ailəsi - Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ-nin Krallıq Ailəsi olan Nahyanlar, 323,9 milyard dollarlıq sərvəti ilə ən zəngin ailələr arasında ikinci sıradadır. Neft və təbii qaz sektorundakı təsirləri ilə tanınan bu ailə, bölgə iqtisadiyyatına böyük töhfə verir.

3. Al Thani Ailəsi - Qətər
Qətər Krallıq Ailəsi olan Al Thani-lər, sənaye və enerji sektorlarındakı investisiyaları ilə 172,9 milyard dollarlıq sərvətə sahibdir. Ailə, Qətərin qlobal enerji bazarındakı mövqeyini gücləndirir.

4. Hermès Ailəsi - Fransa
Lüks moda sektorunun önəmli markalarından Hermès-in sahibi olan Hermès Ailəsi, 170,6 milyard dollarlıq sərvəti ilə dördüncü sırada yer alır. Ailə moda və aksessuar sahəsindəki yenilikçi işləri ilə tanınır.

5. Koch Ailəsi - ABŞ
Enerji və kimya sahəsində fəaliyyət göstərən Koch şirkətinin sahibi Koch Ailəsi, 148,5 milyard dollar sərvəti ilə beşinci sıradadır. Ailə, sənaye istehsalı və enerji sektorunda lider mövqeyə sahibdir.

6. Səud Ailəsi - Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı Krallıq Ailəsi, 140 milyard dollarlıq sərvəti ilə ən zəngin ailələr arasında yer alır. Neft gəlirləri sayəsində iqtisadiyyatda böyük bir paya sahib olan bu ailə, ölkənin idarəsində də mühüm rol oynayır.

7. Mars Ailəsi - ABŞ
M&M's, Snickers kimi dünya miqyasında məşhur şirniyyat markalarının sahibi Mars Ailəsi, 133,8 milyard dollarlıq sərvəti ilə diqqət çəkir. Ailə qida və içki sektorunda önəmli yerə sahibdir.

8. Ambani Ailəsi - Hindistan
Dünyanın ən bahalı xüsusi villalarından birində yaşayan Ambani Ailəsi, 99,6 milyard dollarlıq sərvəti ilə Hindistanın ən zəngin ailəsidir. Ailə enerji, telekommunikasiya və pərakəndə satış sahələrində liderdir.

9. Wertheimer Ailəsi - Fransa
Coco Chanel-in öncülüyü ilə lüks moda sahəsində böyüyən Wertheimer Ailəsi, 88 milyard dollarlıq sərvətə sahibdir. Chanel markasının sahibi olan ailə, modadakı təsirini uzun illərdir davam etdirir.

10. Reuters Ailəsi - Kanada
Media sahəsinin önəmli adlarından biri olan Reuters Ailəsi, 87,1 milyard dollarlıq sərvəti ilə siyahıya daxil olub. Ailə qlobal xəbər agentliyi Reuters-in sahibi kimi tanınır.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Dekabr 2024 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri