Icma.az
close
up
RU
Durov ad günündə şok çağırış etdi: Vaxtımız daralır, məhvə gedirik!

Durov ad günündə şok çağırış etdi: Vaxtımız daralır, məhvə gedirik!

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Teleqramın qurucusu və milyarder Pavel Durov öz kanalında 41 yaşını qeyd etmək istəmədiyini etiraf edərək, emosional paylaşım edib.

Axar.az xəbər verir ki, Durov dünyanın sürətlə azadlığını itirdiyini xatırladıb.

“Bizim nəsil əcdadlarımızın bizim üçün yaratdığı azad interneti xilas etməyə çalışmaqla vaxt itirir. Bir vaxtlar azad məlumat mübadiləsinin simvolu olan şey tam nəzarət alətinə çevrilir”, - o bildirib.

Durovun sözlərinə görə, bir vaxtlar demokratiyanın qalaları hesab edilən ölkələr getdikcə daha qaranlıq və repressiv texnologiyalar tətbiq edirlər:

“Böyük Britaniya rəqəmsal şəxsiyyət vəsiqələrini təqdim edir, Avstraliya onlayn yaş yoxlamasını tətbiq edir, AB isə şəxsi mesajları kütləvi şəkildə skan edir. Almaniya rəsmiləri internetdə tənqid etməyə cəsarət edənləri təqib edir. Böyük Britaniyada insanlar tvitlərə görə həbs edilir. Fransada azadlıq və şəxsi həyatın toxunulmazlığını müdafiə edənlərə qarşı cinayət işi qaldırılır”.

Durov vurğulayıb ki, bəşəriyyət “qaranlıq, antiutopik dünyaya” yaxınlaşır və əsas azadlıqları itirmək riski getdikcə reallaşır:

“Bizim nəsil azadlığa sonuncu sahib olan və könüllü olaraq onun əlindən alınmasına icazə verənlər kimi tarixə düşə bilər”.

O qeyd edib ki, müasir cəmiyyətə saxta dəyərlər tətbiq edilib və insanları tərəqqinin əcdadlarımızın bizə qoyub getdiyi hər şeyi: adət-ənənələri, şəxsi həyatı, suverenliyi, azad bazarı və söz azadlığını məhv etdiyinə inanmağa məcbur edirlər:

“Biz atalarımızın irsinə xəyanət etmişik və bu yol bizi özümüzü məhvə aparır - mənəvi, intellektual, iqtisadi və hətta bioloji”

Durov paylaşımını ad gününü qeyd etməyəcəyi ilə yekunlaşdırıb:

“Yox, bu gün qeyd etməyəcəyəm. Vaxtım daralır. Vaxtımız daralır”.

Qeyd edək ki, Pavel Durovun 10 oktyabrda 41 yaşı tamam olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri