Icma.az
close
up
RU
Düşünməyə və düşündürməyə yönələn əsərlər...

Düşünməyə və düşündürməyə yönələn əsərlər...

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyevin “Qeyri -səlis məntiq və teatr” adlı monoqrafiyası mənə elə gəlir ki, elmi camiyə üçün gözlənilməz olmadı. Çünki, müəllif hələ bu mövzuya 2020-ci ilin əvvəllərindən müraciət etmiş və 2022-ci ildə çap edilmiş “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq nəzəriyyəsi kontekstində” adlı monoqrafiyası ilə diqqəti cəlb etmişdir.    

Bu yaxın günlərdə “Apostrof-A” nəşriyyatında Zülfüqar Şahsevənin redaktorluğu ilə işıq üzü görən “Qeyri-səlis məntiq və teatr” monoqrafiyası həm adı, həm məzmunu ilə son dövrdə oxuduğum əsərlərin demək olar əksəriyyətini bir anlıq mənə “unutdurdu”. Bəlkə də ona görə ki, “Qeyri-səlis məntiq və teatr” adlı əsər “əsası dünyaca məşhur olan alim Lütfi Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası probleminə həsr edilib. “Qeyri-səlis məntiq” nəzəriyyəsini teatr sənətinin tətbiqinə İftixar müəllim hələ 7-8 il bundan əvvəl başlamış və ilk dəfə doktorluq dissertasiyası ilə sənətşünaslıq elmində tədqiqata cəlb edib, irəli sürdüyü nəzəriyyəni də ətraflı, dəqiq aça bilib.    

Çox maraqlı və cəlb edici nüyans odur ki, əsər oxucunu mütləq düşünməyə vadar edir. Oxuduğu sətirlərə, fikirlərə, irəli sürülən mülahizələrə daha diqqətnən yanaşarkən “Qeyri-səlis məntiq və teatr” monoqrafiyasının aktuallığı aydın olur. Bu aktuallıq “dünya teatr prosesi axınında müasir yaradıcılıq prinsipləri ilə “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teart sənəti daxilindəki” “gizlinləri” faş edir. Buraya teatr sənəti daxilindəki məkan, zaman anlayışı, forma, məzmun mahiyyəti və s. məsələlərlə yanaşı elmi-nəzəri cəhətlər də daxildir.

     Müəllif əsərinin ilk səhifəsinin sonunda yazır ki, “Qeyri-səlis məntiq və teatr” monoqrafiyası teatr və dramaturgiya ilə məşğul olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur”. Doğrudan da “Qeyri-səlis məntiq” nəzəriyyəsi ilə teatr sənəti arasında sinergetik sənət körpüsü yaradan” bu əsər hər bir oxucu üçün maraqlı ola bilər. Çünki, istər mütamadi, istər hərdən bir, teatr hər kəsin diqqətini cəlb edir və biz teatr tamaşalarının əksəriyyətində müasir cəmiyyətimizə nə qədər əhəmiyyətli, vacib “mesaj”ların ötürülməsinin şahidi oluruq. Bunlar tamaşaçının düşüncələrinə, duyğularına müxtəlif paralellərdən təsir edir və onu düşündürür.    

Əsəri oxuyarkən aydın olur ki, mədəniyyətdə sinergetikanın daha geniş şəkildə fəaliyyət göstərməsi təbii olaraq onun cəmiyyətlə qarşılıqlı əlaqəsindən irəli gəlir. Lakin bu proses onun üç aspektini həyata kecirməklə yaranır. Birinci sinergetika dünyanın mənzərəsi kimi, ikinci metodologiya kimi, üçüncü isə sinergetika bir elm kimi. İftixar müəllim monoqrafiyasında hər üç istiqamətə çox həssaslıqla yanaşıb və “nəzəriyyənin intuitiv modelləri (paradiqmaları) dəqiqliklə şərh” edib.

Dünya teatr sənətinin yaranışından bu gününə kimi nəzər salan və təhlillər aparan İftixar müəllimin burada əsas məqsədi “teatr sənətində və teartşünaslıq elmində “Qeyri-səlis teatrı”nın nəzəri, praktik səciyyələrini araşdırmaq, formalaşdırmaq və yeni modul sıçrayışlarla inkişaf cəhətlərinə doğru yönəltməkdir”.  

Müəllif bu sahədə fikirlərini, əldə etdiyi nəticələrini bir daha əsaslandırmaq üçün dünya teatrşünaslığına, teatr tənqidi və nəzəriyyəsinin elmi-praktik təcrübələrinə istinad edir. Bu istinadlarla yanaşı İftixar müəllim təcrübəli bir sənətkar kimi hazırladığı tamaşalara “qeyri-səlis məntiqi tətbiq edir”. Lakin bununla da kifayətlənmir. O, həm də bu zaman nəzəriyyənin teatr sənətindəki yerini, rolunu, əhəmiyyətini müəyyənləşdirməklə, praktiki-faktoroloji əsasları zənginləşdirir. Yeni Qeyri-səlis məntiq sistemi üzərində qurulan “Siluet”, “Səs”, “Stalin-İzm” rejissor tamaşalarından nümunələr göstərməklə bir daha tamaşacının diqqətinə “qeyri-səlis baxış bucağı”nı tətbiq edir.

Müəllif monoqrafiyanın “Nəzəri prinsiplər”i adlı birinci fəslil də yazır: “Kainatın möcüzəsi ondadır ki, o, çox mürəkkəb görünür, lakin dərindən öyrəndikcə, onun nə qədər sadə sistemli bir varlıq olduğu aşkarlanır”. Əslində müəllifin bu fikrini “Qeyri-səlis məntiq və teatr” adlı monoqrafiyasına da şamil etmək lap yerinə düşərdi. Çünki, əsərlə tanəş olduqca qeyri-səlis məntiqin teatrdakı mürəkkəb görüntüləri tamamilə aydınlaşır.

    Görkəmli sənətşünas İftixar müəllim də “teatr sənətinin möcüzələrini öyrənmək və mənimsəmək üçün onun ip ucunu taparaq” həm elmdə, həm səhnədə onun mahiyyətini, fəlsəfəsini çox ustalıqla faş edə bilib. Bunun üçün uzun illərin sənət təcrübəsi ilə yanaşı klassik və çağdaş dünya teatrının mənzərəsini araşdırmış, ən kicik nüyansı belə diqqətindən qacırmamışdır.

 Nəticədə istər rejisorluq işlərində, istər elmi əsərlərində “Həyat harmoniyası ilə Teatr harmoniyası arasındakı” qanunauyğun oxşarlıqları, bağlılğı əks edə bilib. Dünya teatrı kimi bu gün bizim də teatr sənətimiz yeniləşir və modern səciyyəyə çatmaq üçün can atır. İftixar müəllim hər iki əsərində, istər “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstind”ə, istərsə də “Qeyri-səlis məntiq və teatr”da “məntiqi harmoniyanın vəhdətini yaradan qeyri-səlis konsepsiyanın bir sistem içində cilalanan teatr sənətinə adaptasiyasını isbatlayır”.  

 Monoqrafiyada həm də quruluşçu rejissor İ.Piriyevin səhnə həyatına bəxş etdiyi tamaşalar haqqında görkəmli sənətşünasların, jurnalistlərin, rejissorların maraqlı məqalələri də yer alıb. Bu məqalələrdə İ.Piriyevin bir rejissor kimi səhnədə yarada bildiyi maraqlı tapıntılardan, mükəmməl səhnə quruluşundan bəhs edilir.

Yazar Adilə İmanova, sənətşünas alim Nərminə Ağayeva, İftixar müəllimin tamaşalarının fərqliliyini və cəlb ediciliyini “Azərbaycan teatrında qeyri-səlis məntiq sistemindən” istifadə görürlər. Məhz buna görə İ.Piriyevin səhnədə həyat verdiyi tamaşalarda “fərqli-fərqli hissləri görürsən, hissləri daşıyırsan, enerji ötürən personajlarla qarşılaşırsan”. Bu zaman düşçünürsən ki, səhnə həyatına qədəm qoyan hər bir ədəbi material onun rejissorluq təknəsində mükəmməl “yoğrulma” prosesini kecərək bizlərə təqdim edilir. “Qeyri-səlis teatr” həm elmi-nəzəri axtarışlarda, həm də təcrübədə, reallıqda bir daha sübut etdi ki, “teatr sənəti həm də təfəkkürün inkişaf qaynağıdır”.    

Bütün bunlar əminliklə deməyə haqq verir ki, müəllifin yuxarıda adlarını qeyd etdiyimiz hər iki fundamental əsərləri və bu əsərlərin nəzəriyyəsinə uyğun səhnə həyatı verdiyi tamaşaları ruhumuza, qəlbimizə sirayət edərək bizi daima düşünməyə, düşündürməyə yönəldəcək. Bu yolda ona daha böyük uğurlar arzulayırıq.


Sevil Həsənova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri