“E qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə verilməsi nəzərdə tutulur
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, Günel Türksoy, AZƏRTAC
Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən süni intellekt əsaslı “E-qanun.ai” platformasının istifadəçiləri platforma tərəfindən onlara təqdim edilmiş cavabı qiymətləndirmək və rəy bildirmək imkanına malikdirlər. Sorğulara verilən cavabların daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq istifadəçi geridönüşləri və rəyləri nəzərə alınır.
Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, növbəti mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “AZCON Holding”in nəzdində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi ilə birgə platformanın istifadəçilərə təqdim etdiyi funksionallıqların genişləndirilməsi, həmçinin mobil tətbiq versiyasının istifadəyə verilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















