Icma.az
close
up
RU
Nərimanov Tibb Mərkəzinin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur

Nərimanov Tibb Mərkəzinin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Tibbi xidmətə əlçatanlığın artırılması, bu sahədə xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.

O bildirib ki, bu çərçivədə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin (5 nömrəli Şəhər Kliniki Xəstəxanası) yenidən qurulması istiqamətində həyata keçirilən işlər başa çatmaq üzrədir. İlin sonuna qədər bu tibb müəssisəsinin pasiyentlərin istifadəsinə verilməsi nəzərdə tutulur:”Təmirdən sonra tibb müəssisəsi çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisəsi olaraq fəaliyyətini davam etdirəcək. Təmirlə yanaşı, mərkəzin daha müasir və effektiv tibbi avadanlıqlarla təchiz olunması da nəzərdə tutulur. Son müalicə metodu ilə vətəndaşlara yeni növ tibbi xidmətlər təqdim ediləcək. Yenidənqurma işlərindən sonra pasiyentlərin müraciətlərinin də kifayət qədər artacağı gözlənilir. Nərimanov Tibb Mərkəzinin 1 saylı poliklinika şöbəsinin əsaslı təmiri də aparılır”.

Zamirə Ədilova, həmçinin deyib ki, Respublika Klinik Xəstəxanasının Cərrahiyyə və Terapiya korpuslarında təmir-tikinti işləri aparılır. Yaxın zamanlarda həmin korpusların da istifadəyə verilməsi planlaşdırılır.

Bundan başqa, hazırda Ağdamda və Füzulidə yeni xəstəxanaların tikintisi işləri həyata keçirilir. “İşğaldan azad edilmiş ərazilərdə bir neçə modul tipli xəstəxana, ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Xankəndi şəhəri də daxil olmaqla, həmin ərazilərdə fasiləsiz tibbi xidmət təşkili olunub", - deyə departament rəhbəri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri