Icma.az
close
up
RU
ECO çərçivəsində yeni imkanlar: Bakı regional həmrəyliyə ev sahibliyi edir ANALİZ

ECO çərçivəsində yeni imkanlar: Bakı regional həmrəyliyə ev sahibliyi edir ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşü başlayır. “Davamlı və iqlimə dayanıqlı gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının yeni baxışı” mövzusunda baş tutan toplantıda iqlim dəyişiklikləri, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat marşrutları və təşkilatda nəzərdə tutulan islahatlar müzakirə olunacaq. 

2023-cü ilin 19-20 sentyabrında 23 saatdan az müddətdə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə erməni işğalçılarından təmizlənən tarixi şəhərimiz o yandan bu yana ilk belə böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu da tədbirin Azərbaycan üçün önəmini birə on qat artırır.

Zirvə görüşündə Türkmənistanı Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov təmsil edir.

Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak da ölkəmizə gəlib.

Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudunu gətirən təyyarə iyulun 3-də Füzuli rayonuna enib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Pakistanın baş naziri Şahbaz Şərif, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da artıq Qarabağdadır.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndinə bu gün gələcəyi artıq dəqiqdir.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da ECO-nun Zirvə görüşündə iştirakı gözlənilir.

İqtisadi Əməkdaşlıq Təşkilatının digər üzvləri - Qazaxıstan və Taciksitanı toplantıda kimin təmsil edəcəyi tam dəqiqləşməyib.


İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə Sherg.az-a bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) regional iqtisadi inteqrasiya məqsədi daşıyan və 10 üzv dövləti (Azərbaycan, Türkiyə, İran, Pakistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan) birləşdirən bir beynəlxalq təşkilatdır:


“Təşkilat bütün Türk Dövlətlərini və bu dövlətlər üçün iqtisadi və nəqliyyat dəhlizləri baxımından əhəmiyyətli olan bir sıra region ölkələrini özündə birləşdirir. Azərbaycanın ev sahibliyi etdiyi 17-ci Zirvə Görüşü bu təşkilat çərçivəsində strateji əməkdaşlıq imkanlarının müzakirəsi baxımından önəmlidir. Bu təşkilatın bir sıra istiqamətlər üzrə əhəmiyyətindən danışa bilərik. Birincisi, regional iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Təşkilatın əsas məqsədlərindən biri üzv ölkələr arasında ticarət, investisiya, nəqliyyat, enerji və sənaye sahələrində əməkdaşlığı inkişaf etdirməkdir. Bu baxımdan, üzv ölkələr arasında ticarət manelərinin azaldılmasını, regional bazarların inteqrasiyasını, Orta Dəhliz kimi nəqliyyat layihələrinin təşviqini hədəfləyir. İkinci əhəmiyyəti, regionun strateji coğrafi mövqeyinin iqtisadi dəyərə çevrilməsilə bağlıdır. Bu təşkilatın əhatə etdiyi region Avropa ilə Asiyanı birləşdirən önəmli bir körpüdür. Azərbaycanın burada rolu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə tranzit ölkə kimi əhəmiyyəti önə çıxır. Üçüncüsü, təşkilat region ölkələrinə enerji və logistika sahələrində işlərini koordinasiya etməyə imkan verir. Bildiyiniz kimi təşkilat üzvləri enerji ehtiyatları və daşınması baxımından böyük potensiala malikdir. Bu ölkələrin neft, qaz, bərpa olunan enerji sahələrində birgə layihələr həyata keçirməsi mümkündür. Eyni zamanda Azərbaycanın TANAP, TAP və digər enerji layihələri region ölkələri üçün model ola bilər”.


Ekspertin sözlərinə görə, təşkilat hazırda dünya düzəninin pozulduğu şəraitdə alternativ geosiyasi və iqtisadi axtarışlar baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilə bilər:

“Xüsusilə də Qərb və Şərq blokları arasında balans yaratmaq istəyən ölkələr üçün alternativ əməkdaşlıq platforması kimi maraqlıdır. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı üçün də bir növ tamamlayıcı xarakter daşıyır. Nəhayət sonuncusu, təşkilat Azərbaycan üçün diplomatik və iqtisadi imkanlar yaradır. Zirvə Görüşü isə Azərbaycan üçün regional liderlik ambisiyalarını nümayiş etdirmək, Qarabağ münaqişəsindən sonra yeni statusunu möhkəmləndirmək və postmünaqişə dövründə iqtisadi əlaqələri artırmaq üçün əhəmiyyətli bir platformadır. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, bu təşkilat, üzv ölkələrin ortaq iqtisadi maraqlarını müdafiə edən və geoiqtisadi proseslərdə daha çox söz sahibi olmaq istəyən dövlətlər üçün strateji əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycanın ev sahibliyi etdiyi 17-ci Zirvə Görüşü bu həm regional həmrəyliyin gücləndirilməsi, həm də Azərbaycanın iqtisadi, nəqliyyat, enerji və diplomatik mövqelərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyul 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri