Ədliyyə Nazirliyinin rəhbər heyəti tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.
Newscenter.az xəbər verir ki, noyabr ayında Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Lənkəran və Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.
Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda penitensiar sahə ilə bağlı 10 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir
01 Avqust 2025 14:19
Ədliyyə Nazirliyinin rəhbər heyəti videoqəbullar keçirir
15 İyul 2025 11:07
Ədliyyə Nazirliyi bölgələrdə vətəndaşlar üçün videoqəbullar keçirir
01 Oktyabr 2025 16:22
Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlarla videoqəbullar keçirir
07 Noyabr 2025 10:23
Ədliyyə Nazirliyi bölgələrdə yaşayanlar üçün videoqəbullar keçirir
01 Avqust 2025 12:07
Baxış sayı:73
Bu xəbər 02 Dekabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















