Icma.az
close
up
RU
ƏDV depozit hesabı ilə bağlı qaydalarda edilən dəyişikliklərin səbəbi açıqlanıb

ƏDV depozit hesabı ilə bağlı qaydalarda edilən dəyişikliklərin səbəbi açıqlanıb

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin 24 fevral 2025-ci il tarixli qərarı ilə “Vergiödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilib.

Dövlət Vergi Xidmətindən Doğru.az-a bildirilib ki, dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.

Qeyd olunub ki, dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergiödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergiödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.

Qaydaların 2.1-ci bəndinin yarımbəndlərində qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18 faiz) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.

Müvafiq qaydalarda edilmiş digər mühüm dəyişiklik vergiödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, vergiödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11.30- dək olan ödənişlərin həmin gün DXA-ya təqdim olunması nəzərdə tutulurdu.

Müvafiq dəyişiklik vergiödəyicilərinin müraciətləri əsasında həyata keçirilib. Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Nəticədə, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergiödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://dogru.az
archiveBu xəbər 26 Fevral 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri