Icma.az
close
up
RU
ƏƏSMN dövlətin sosial müdafiə siyasətini dələduzluq, korrupsiya siyasətinə çevirib FOTO

ƏƏSMN dövlətin sosial müdafiə siyasətini dələduzluq, korrupsiya siyasətinə çevirib FOTO

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DSMF-in məhkəmə filialı həm də 39 saylı vəkil bürosudur

Əmək və əhalinin sosial müdafiə nazirinin 16 fevral 2020-ci il tarixli əmri ilə ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə iş idarəsi  (hazırda Mərkəzi Filialı) yaradılıb. Konstitusiyaya zidd olaraq yaradılan qurumun başlıca görəvi ƏƏSMN-in, DSMF-in və onların tabeliyindəki sosial müdafiə, xidmət orqanlarının  pensiya, sosial yardım, bir sözlə,  sosial müdafiə  özbaşınalıqlarını, dələduzluqlarını məhkəmədə  özbaşınalıqla, dələduzluqla müdafiə etməkdir.

Bizi “barıtı çox etməkdə” suçlamaq fikrinə düşənlər 5 il qabaq yaradılan qurumun adına, internet saytındakı bilgilərə, məhkəmədəki qeyri-prosessual fəaliyyətə diqqət etsinlər. Hələ bu azmış kimi, filial həm də 40 nəfəri çevrələyən 39 saylı vəkil bürosu- “vəkillər ordusu” kimi dövlətin sosial müdafiə siyasətinin HÜQUQ MÜDAFİÇƏLİYİNDƏDİR! Dövlətin sosial müdafiə siyasətinə baxın, qeyri-dövlət təşkilatı olan Vəkillər Kollegiyasının vəkil bürosu dövlət məmurları qismində dövlət büdcəsi hesabına dövlət orqanına hüquqi yardım göstərir !(?) Görəsən, məhkəmə hakimiyyəti bir yana, qanunverici , sosial deputatlar bu “vəkil- dövlət məmuru” sosial müdafiə” siyasətinə nə deyir? Yoxsa korrupsiya siyasəti, konstitusiya hüquq(suzluğ)u “biz nə edə bilərik” deməkdən özgə ritorika tanımır?

DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına “Çinar Park” MMC-dən 1000 kvadrat metrlik ofisi sahəsini 12 aya 148600 manata icrarəyə götürməsi bilgisi internet resurslarından bəllidir. Aya 12 min manatdan çox icarə haqqı ödənilməsini sosial- iqtisadçı deputatlar da bilir, korrupsiyaya qarşı mübarizə komitəsinin deputatları da. Yəqin onu da bilməmiş olmazlar ki, bu 12400 manat 155 müharibə veteranının bir aylıq 80 manatı qədərdir. Sosial ödənişlərin artım mənbəyi niyə başqa yerdə axtarılır ki? Biz artım axtarışında deyilik, əksinə, artım bir yana, sosial yardımları hüquqi yardım xidməti adı ilə  yeyənlərin DSMF-in MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ ilə iş üzrə MƏRKƏZİ FİLİALININ ünvanının da elə “Çinar Park” olduğunu bəlirləmişik: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965, “Çinar Park” Biznes Mərkəzi, bina 6, mərtəbə 4. Direktoru Mütəllimov  Abuzər Nemət oğlu həm də həmin ünvandakı 39 saylı vəkil bürosunda vəkil fəaliyyəti məşğuldur. (Vəkillər Kollegiyasının reyestrində əvvəllər işlədiyi 13 saylı vəkil bürosunun Neapol, 9A ünvanını qeyd edib) . (Direktor Abuzər Mütəllimovun müavini vəkil Roman İsmayılov bir ildir hakim təyin edilib, amma əvvəlki iş yerində də adı saxlanılır) Pensiya işləri üzrə məhkəmə mübahisələri departamenti (??- M. B.)- müdiri Arzu Hafiz qızı; Digər sosial ödənişlər üzrə məhkəmə mübahisələri (??- M.B.) departamenti- müdiri Məsili Nicat Tağı oğlu həm də həmin ünvandakı 39 saylı vəkil bürosunda vəkillik edir. Xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri (??- M.B.) departamenti- müdiri Məmmədova Yeganə Bayram qızı həm də həmin ünvandakı 39 saylı vəkil bürosunun müdiridir. Cavadova Günay Tahir qızı, Niyazalı Kənan Mahmud oğlu, Əzizli Fatimə Ağalar qızı, İsgəndərli Emil İsmayıl oğlu... məmur-vəkillərin hamısını saysaq, bir qəzet səhifəsinə sığmaz. Yəqin elə buna görə ƏƏSM nazirinin müavini Anar Kərimov, DSMF sədri Himalay Məmişov hərəsi ayrı-ayrılıqda  40 vəkil-məmura nazirliyi, fondu və onların qurumlarını məhkəmədə müdafiə etməyə topdan etibarnamə verib. 39 saylı vəkil bürosunun müdiri Yeganə Məmmədova xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri departamentinin müdiri kimi Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatında olan 2-1(112)-3953/2025 saylı iş üzrə “ünvanlı sosial yardım ödənilməsi öhdəliyinin cavabdeh ƏƏSMN-in üzərinə qoyulması” tələbinə etirazını onunla əsaslandırıb ki, iddianı ailənin təmsilçisi Qəribov Cavidin yerinə, onun həyat yoldaşı qaldırıb. “Əsl iddiaçı” tələb edən DSMF-in departament müdiri, DSMF-in  39 saylı vəkil bürosunun müdiri Yeganə Məmmədova özünün “əsl cavabdeh” olmadığını bilmir? Cavabdeh ƏƏSMN-dirsə, DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının  departamentmüdiri, DSMF-in 39 saylı vəkil bürosunun müdiri hansı əsasla prosessual fəaliyyət qabiliyyəti olmadan vətəndaşın sosial yardım, məhkəmə müdafiəsi hüququna qeyri-prosessual qadağa qoyur?! Belə hüquqi yardım, sosial yardım, məhkəmə müdafiəsi, sosial müdafiə siyasəti harda görünüb? Bu hüquqsuzluğa, sosial müdafiəsizlik siyasətinə kim son qoymalıdır?

ƏƏSMN-in, DSMF-in beynəlxalq hüquq üzrə ixtisaslaşmış rəhbərliyi Konstitusiysya qadağalarını , dövlətin sosial müdafiə siyasətinin özbaşınalığa qurban verilməsini beynəlxalq hüquq normaları ilə necə izah edə bilərlər? Beynəlxalq hüquqda vəkilin dövlət orqanına hüquqi yardım göstərməsi,  dövlət orqanın vətəndaşa, əlilə, sosial müdafiəyə, sosial , hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxsə qarşı vəkil tutması, bütöv büronu dövlət hesabına vəkil etməsi yazılmayıb. Elə yerli qanunvericilikdə də belədir.  Bəs beynəlxalq hüquq diplomu ilə yerli özbaşınalıq kimin sifarişidir ki, 5 ildir sürür...

Məğrur BƏDƏLSOY

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri