Icma.az
close
up
RU
ƏƏSMN nin vəzifəli şəxsi nin 18 min manatlıq dələduzluq hekayəsi

ƏƏSMN nin vəzifəli şəxsi nin 18 min manatlıq dələduzluq hekayəsi

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) adi ilə vətəndaşlara qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Azad adlı həmin şəxs qurbanlarına özünü ƏƏSMN-nin vəzifəli şəxsi kimi təqdim edib. 

O, bu yolla vətəndaşların inamını qazanaraq onlardan birinə əlillik təqaüdü düzəldəcəyini, digər iki nəfərə onların sosial mənzillə təmin olunmasına yardım edəcəyini, iki nəfərə onları hərbi xidmətdən saxlatdırcağını vəd verib. Azad həmin şəxslərdən toplam olaraq 18 548 manat pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib. 

Hüquq-mühafizə orqanlarına şikayət əsasında Azad saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq -  xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı Sabunçu Rayon Məhkəməsində hakim Elnura Rəcəbovanın sədrliyi ilə aparılıb. 

Azad məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, həmçinin qeyd edib ki, həqiqətəndə özünü zərərçəkənlərə ƏƏSMN-nin vəzifəli şəxsi kimi təqdim edib. 

Məhkəmənin hökmü ilə o, 2  il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri