Icma.az
close
up
RU
Mərkəzi Bankdan xarici valyutaların dəyişdirilməsi ilə bağlı QƏRAR: Artıq mümkün olmayacaq

Mərkəzi Bankdan xarici valyutaların dəyişdirilməsi ilə bağlı QƏRAR: Artıq mümkün olmayacaq

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bəzi valyuta mübadiləsi şirkətləri ilə bağlı mühüm qərar qəbul edib. Qurumun yaydığı məlumata görə, “Delta Capital”, "Meta-Kapital" və “Zuhur” adlı valyuta mübadiləsi şirkətlərinin lisenziyalarının qüvvəsi dayandırılıb. Bu addımın atılmasına səbəb kimi mövcud qanunvericiliyin tələblərinə əməl olunmaması və maliyyə bazarında şəffaflığın təmin edilməsinə dair zərurət göstərilir. Qeyd edək ki, Mərkəzi Bank son dövrlərdə valyuta əməliyyatları bazarına nəzarəti gücləndirib və qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün daha sərt tədbirlər həyata keçirir.

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, Mərkəzi Bankın valyuta mübadiləsi şirkətlərinin lisenziyalarını dayandırması bir neçə ehtimal üzərində izah oluna bilər:

"Rəsmi səbəb kimi qanun pozuntuları göstərilir. AMB adətən, belə hallarda AML/CFT (pul yuyulmasına və terrorizmin maliyyələşməsinə qarşı tələblərin pozulması), mühasibat uçotu şəffaflığı, hesabatlılıq və ya kapital tələblərinin yerinə yetirilməməsi kimi səbəbləri əsas gətirir.Ola bilər ki, həmin şirkətlərdə qeyri-leqal əməliyyatlar, hesabatlılıq problemləri və ya “qara bazar”a bağlılıq aşkarlanıb. Vətəndaşların banklara yönəldilməsi ehtimalı da böyükdür". 

İqtisadçı bildirib ki, son illər Mərkəzi Bankın siyasətində valyuta əməliyyatlarını daha çox bank sektoruna cəmləmək tendensiyası görünür:

"Banklar üzərindən valyuta mübadiləsi həm daha ciddi nəzarət altında olur, həm də hökumət üçün maliyyə axınlarını izləmək daha asandır. Bu addım qeyri-bank mübadilə məntəqələrinin fəaliyyətini tədricən məhdudlaşdıraraq, vətəndaşları birbaşa kommersiya banklarına yönləndirmək məqsədi daşıya bilər.Valyuta bazarında rəqabətin azalması və yalnız bankların üstün mövqeyə çıxması müştərilər üçün daha az seçim deməkdir". 

Nəsirlinin sözlərinə görə, bankların xidmət haqları və kurs fərqləri daha da yüksələ bilər. Bu isə vətəndaş üçün əlavə xərc yarada bilər:

"Nəticədə qısa müddətdə bəzi bölgələrdə valyuta mübadiləsinə çıxış çətinləşə bilər, çünki bank filiallarının sayı məhduddur. Uzun müddətdə isə Mərkəzi Bank tamamilə banklar üzərindən valyuta əməliyyatlarını idarə etməyi hədəfləyə bilər. Yəni, rəsmi səbəb qanun pozuntusu olsa da, paralel olaraq bu qərar vətəndaşları bank xidmətlərindən istifadə etməyə sövq edən strateji addım kimi də görünür".

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Avqust 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri