“Oyunu idarə etməyi öyrənməliyik” Filipe Kandido
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 13-cü turunda "Qarabağ"a məğlub olduqları matçı (2:4) şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:
"Futbolçularımla fəxr edirəm. Onlar hər stadionda, istənilən rəqibə qarşı sona qədər mübarizə aparmağı bacarırlar. İlk hissədə bərabər səviyyəli oyun getdi. Rəqib topa bizdən daha çox sahib olsa da, ilk 40 dəqiqədə intizamlı və yaxşı çıxış etdik. Təəssüf ki, hissənin son beş dəqiqəsində iki fərdi səhvə yol verdik. “Qarabağ”ın çox keyfiyyətli futbolçuları var və onlar ən kiçik səhvlərdən belə yararlanmağı bacarırlar. Nəticədə fasiləyə məğlub yollandıq.
Fasilədə futbolçulara qorxunu kənara qoyduqları halda hesabı bərabərləşdirə biləcəyimizi dedim. Bunu bacardıq. Ancaq sonradan enerjimiz tükəndi və məğlub olduq. İnanıram ki, bundan sonra həm “Qarabağ”a, həm də digər rəqiblərimizə qalib gələ bilərik".
- “Zirə” ilə görüşdə də, bugünkü matçda da iki qol vursanız da, sonda məğlub oldunuz. Futbolçular rəqibdən çəkinir, yoxsa komandanın gücü çatmır?
- Haqlısınız. İki qol vurduqdan sonra ən azı bir xal qazanmaq üçün nəsə etməliyik. Mövsüm başlayandan komandamız heç vaxt tam heyətlə çıxış edə bilməyib, daim itkilərimiz olub. İlk oyundan sonra Səbuhi Abdullazadəni və Jeam Oliveyranı itirdik. Bu gün isə Lukas Blek və Mamadi Banqre oynamırdı. Özünüz də gördünüz ki, son dəqiqələrdə akademiyamızın dörd yetirməsini meydana buraxdıq.
Vəziyyət çətindir, biz də öyrənirik. Düşünürəm ki, hesabda önə keçəndən sonra həm oyunun tempini, həm də vaxtı idarə etməyi bacarmalıyıq. Hər şey yalnız idman nəticələri ilə ölçülmür. Futbolçularıma da demişəm ki, həyatlarında və karyeralarında əzmkarlıq göstərməlidirlər. Bu gün onların mübarizəsini gördüm və buna sevindim.
- “Şəfa” ilə aranızdakı xal fərqinin azalması sizdə narahatlıq yaradır?
- Adətən, çempionatın bu mərhələsində turnir cədvəlinə çox da diqqət yetirmirəm. Hər oyunda xal qazanmaq və daha yüksək pillələrə yüksəlmək üçün çalışırıq. Turnir cədvəlinə mövsümün sonunda baxarıq. Ümid edirəm ki, çempionatı yuxarı pillələrdə başa vuracağıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 Noyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















