Icma.az
close
up
RU
Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik Samir Abasov

Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik Samir Abasov

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində evdə “Zirə”yə 1:4 məğlub olub.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Neftçi” hesabda 3:0, 4:0 olanda da azarkeşlər oyunun sonunu gözləməyə qorxurlar. Yayda qurulan komandanın gücü bir hissəyə çatır? Siz hesabda irəlidə ola-ola uduzmağı nə ilə əlaqələndirirsiz?
– Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsüz? Çox çətin prosesdir. Bizim hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq, Ağadadaş Salyanski təkbətək çıxıb, rəqibə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin etdiyi hər hücum təhlükəli epizodla bitir. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birə-bir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Bu sezonu qurtaracaq oyuna çıxmalıyıq. O oyunda daha başqa motivasiya ilə, karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Zaman göstərəcək. Bildiyimiz şeylər başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu sezon çox çətin görünür. Çox şeyləri mətbaut konfransında açıb deyə bilmirik. 

– “Sabah”la kubok matçında geridönüşə inanırsız?
– İnanıram. “Turan Tovuz”la oyundan sonra “Sabah” da kuboka son çıxış yolu kimi baxır. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.

– Azarkeşlərlə də görüşmədiz. Bütün bunların sonunda özünüzün bu məğlubiyyətlərdə rolunuzu görürsüz?
– Çox yaxşı sualdır. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaxşı yol özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmdə gəlirik, problemli komandanı götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər. Bu cür faciə olan oyunlardan…Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.

– Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiz?
– Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir də, nə yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz “stoyka”sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.

– “Sumqayıt”ın büdcəsi “Neftçi”dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa “Neftçi”nin futbolçuları ilə? Ümumiyyətlə, “Neftçi” səviyyəsində, iddialı olacaq kollektiv yığışıb?
– “Neftçi”də işləmək “Sumqayt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir. “Sumqayıt”a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra Konfrans Liqasına da getdik. “Neftçi”də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, xeyr iddialıdan uzaq komandayıq.

Mənbə: Sportal.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Aprel 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri